...

"Başak-İnam Sığorta Şirkəti"nin səhmdarları nizamnamə kapitalının 4 milyon manata çatdırılması barədə qərar qəbul ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyul 2011 12:29 (UTC +04:00)
Azərbaycanın "Başak-İnam Sığorta Şirkəti"ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçirilib.
"Başak-İnam Sığorta Şirkəti"nin səhmdarları nizamnamə kapitalının 4 milyon manata çatdırılması barədə qərar qəbul ediblər

Azərbaycan, Bakı, 7 iyul /Trend/

Azərbaycanın "Başak-İnam Sığorta Şirkəti"ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçirilib.

ASC-dən Trend-ə verilən məlumata görə, ümumi yığıncaqda şirkətin 2010-cu ilin yekunları üzrə Direktorlar Şurasının, Təftiş Komissiyasının, İdarə Heyətinin hesabatları dinlənilib, müstəqil auditorun ASC-nin 2010-cu ilin yekunları üzrə maliyyə hesabatı təsdiq edilib, xalis mənfəətin bölüşdürülməsinə qərar verilib.

Bundan əlavə, ümumi yığıncaqda ASC-nin 2011-cu ilin ilk 5 ayı ərzində göstərdiyi fəaliyyət müzakirə edilib, şirkətin ali idarəetmə orqanlarına üzvlər seçilib.

ASC-nin səhmdarları yığıncaqda 1 yanvar 2012-ci il tarixinə nizamnamə kapitalının 4 mln. manata çatdırılması haqqında da qərar qəbul ediblər.

"Başak-İnam Sığorta Şirkəti" ASC 9 avqust 1996-cı ildə Türkiyə tərəfdən "Başak Sığorta AŞ" və Azərbaycan tərəfdən 1994-cü ildə "Turanbank" ASC, "Aqrar-Kredit" SKT və fiziki şəxslərin təsis etdiyi "İNAM" təkrarsığorta şirkətinin ortaqlığı ilə "Başak-İnam Sığorta Şirkəti" Azərbaycan-Türkiyə Sığorta və Təkrarsığorta QSC adı altında təsis edilib. Sonradan bu ortaqlığa "AzərTürkBank" ASC də qoşulmuşdur. 2006-ci ildən isə 111 il əvvəl Fransada yaradılmış, hazırda dünyanın 15 ölkəsində fəaliyyət göstərən, A+: Standard & Poor's reytinqli GROUPAMA SA "Başak Sığorta AŞ"ni almaqla şirkətin ortaqları siyahısına qatılıb.

Hazırda "Başak-İnam Sığorta Şirkəti" ASC-nin ödənilmiş nizamnamə kapitalı 3 500 000 manat təşkil edir. Şirkət dördü icbari olmaqla 29 sığorta növü üzrə xidmət göstərir. Türk Standartları İnstitutu " Başak-İnam Sığorta Şirkəti" ASC-nin Keyfiyyət İdarəetmə Sisteminin auditini həyata keçirib və tam standartlara uyğun olduğunu nəzərə alaraq TS-EN-ISO 9001:2008 sertifikatına layiq görüb.

Xəbər lenti

Xəbər lenti