...

Azərbaycanın "Alfa Sığorta" şirkəti nizamnamə kapitalını artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Avqust 2011 11:27 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "AlfaSığorta" şirkətinin 150 min manat məbləğində adi, sənədsiz, adlı səhmlərinin emissiya prospektini qeydiyyata alıb.
Azərbaycanın "Alfa Sığorta" şirkəti nizamnamə kapitalını artırır

Azərbaycan, Bakı, 22 avqust /Trend, müxbir A.Axundov/

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "AlfaSığorta" şirkətinin 150 min manat məbləğində adi, sənədsiz, adlı səhmlərinin emissiya prospektini qeydiyyata alıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi komitənin saytında dərc edilən məlumatda deyilir.

Bu emissiya çərçivəsində yerləşdirilən qiymətli kağızların hər birinin nominal dəyəri 1000 manat olmaqla 150 ədəd təşkil edir. Emissiya prospektinə görə, yerləşdirmə kütləvi təklif üsulu ilə aparılacaq.

Buna uyğun olaraq bankın nizamnamə kaptalı 4,6 milyon manatdan 4,75 milyon manatadək artacaq.

"Alfa Sığorta" ASC-nin təsisatçısı 2006-cı ilin dekabrında şirkətin 100 faizlik səhmlərini alan "Texnikabank" ASC-dir. "Alfa Sığorta"nın altı icbari, 24 könüllü olmaqla, 30 növ sığorta xidməti göstərmək hüququ var.

Avqstun 22-nə olan rəsmi məzənnə 0,7863 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti