...

AİB-in yeni vitse-prezidenti təyin edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Sentyabr 2011 14:18 (UTC +04:00)
Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurası bankın prezidenti Xaruxiko Kurodanın tövsiyəsi əsasında vitse-prezident vəzifəsinə Stiven Qroffu təyin edib. Bu barədə bazar ertəsi AİB-in saytında dərc olunan məlumatda deyilir.
AİB-in yeni vitse-prezidenti təyin edilib

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir N.İsmayılova/

Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurası bankın prezidenti Xaruxiko Kurodanın tövsiyəsi əsasında vitse-prezident vəzifəsinə Stiven Qroffu təyin edib. Bu barədə bazar ertəsi AİB-in saytında dərc olunan məlumatda deyilir.

Qroff AİB-in əməliyyatlar üzrə vitse-prezidenti kimi Şərqi Asiya, Cənub-Şərqi Asiya, Sakit okean departamenti və Əməliyyat xidmətləri Mərkəzi ofisinin əməliyyatlarına nəzarət edəcək.

Hazırda Qroff İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında (OECD) əməkdaşlığın inkişafı üzrə direktor müavinidir. Orada o, inkişafa yönəlik iqtisadi və siyasi məsələlərin geniş dairəsi üzrə fəaliyyətə rəhbərlik edir.

Bundan əvvəl həmin postu Lourens Qrinvud tuturdu. O həmin vəzifəni 26 may 2011-ci il tarixdə tərk edib.

AİB 1966-cı ildə yaradılıb və 67 üzvü var. Bankın mənzil-qərargahı Manilada (Filippin) yerləşir. Azərbaycan AİB üzvlüyünə 22 dekabr 1999-cu ildə qəbul edilib və ölkənin bankın kapitalındakı iştirak payı 0,5 faizdir.

AİB-in aparıcı səhmdarları Yaponiya və ABŞ (ümumi səhmdar kapitalının 31,2 faizi), Hindistan və Çin (12,8 faiz), Avstraliya, Cənubi Koreya, Kanada (16 faiz) və başqalarıdır.

AİB-in ölkələr üzrə aktiv kredit portfeli 680 milyon dollar təşkil edir. Əməkdaşlıq dövründə AİB Azərbaycan hökumətinə və yerli şirkətlərə ümumi məbləği 13,122 milyon dollar həcmində qrantlar da ayırıb.

Xəbər lenti

Xəbər lenti