...

"Bank of Baku" Azərbaycan neftçiləri üçün kredit kampaniyasına start verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Sentyabr 2011 14:16 (UTC +04:00)
"Bank of Baku" neftçilərin peşə bayramı - "Əsrin müqaviləsi"-nin imzalanmasının 17-ci ildönümü ilə bağlı Azərbaycanın neft sahəsində çalışan bütün əməkdaşlarını təbrik edir və yeni güzəştli kredit kampaniyasına start verir.
"Bank of Baku" Azərbaycan neftçiləri üçün kredit kampaniyasına start verib

Azərbaycan, Bakı, 15 sentyabr /Trend/

"Bank of Baku" neftçilərin peşə bayramı - "Əsrin müqaviləsi"-nin imzalanmasının 17-ci ildönümü ilə bağlı Azərbaycanın neft sahəsində çalışan bütün əməkdaşlarını təbrik edir və yeni güzəştli kredit kampaniyasına start verir. Trend-in məlumatına görə, bu barədə bankın cümə axşamı yaydığı məlumatda deyilir.

"Kampaniyanın şərtlərinə görə, bank neft sektorunda çalışan ərizəçilərə istehlak (avtomobil, VİP, əmanətə bağlı kreditlər, ipoteka kreditləri istisna olmaqla) və pul kreditlərinin illik faiz dərəcəsində 2 faiz endirim elan edir", - məlumatda deyilir.

Əməkdaşın vəzifəsindən asılı olaraq, kreditin maksimal məbləği 5000 manata qədərdir.

Misal üçün qeyd edək ki, güzəştli şərtlərlə kreditin məbləği 4000 manat, müddəti isə 24 ay olarsa, aylıq ödəniləcək məbləğ neft sahəsində çalışan yeni müştərilər üçün 224 manat, müsbət tarixçəsi olan təkrar müştərilər üçün isə 216 manat təşkil edəcək

Kampaniya 15 sentyabr - 04 oktyabr tarixlərində keçirilir.

Sentyabrın 15-nə rəsmi məzənnə 0,7867 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti