...

"Xalq Bank"ın 15-ci filialı açılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Sentyabr 2011 15:11 (UTC +04:00)
Bazar ertəsindən etibarən "Xalq Bank" ASC-nin "Əhmədli" filialı fəaliyyətə başlayır. Trend-in məlumatına görə, bu barədə bankın bazar ertəsi yaydığı məlumatda deyilir.
"Xalq Bank"ın 15-ci filialı açılıb

Azərbaycan, Bakı, 26 sentyabr /Trend/

Bazar ertəsindən etibarən "Xalq Bank" ASC-nin "Əhmədli" filialı fəaliyyətə başlayır. Trend-in məlumatına görə, bu barədə bankın bazar ertəsi yaydığı məlumatda deyilir.

Yeni filial əhali və ərazidə fəaliyyət göstərən müəssisələrə əmanətlər, müxtəlif növ kreditlər, valyuta-mübadilə, plastik kartlar, hesablaşma-kassa və təcili pul köçürmələri üzrə əməliyyatlar da daxil olmaqla tam spektr bank xidmətlərindən faydalanmaq imkanı verir.

"Əhmədli" filialı Bakı şəhəri, M.Rüstəmov küçəsi, 23 ünvanda yerləşir. Тelefon: (012) 570 92 05; faks: 570 92 06 ünvanda yerləşir.

Hazırda "Xalq Bank"ın Bakıda və regionlarda 15 filialı və 2 şöbəsi müştərilərə xidmət göstərir. Filial şəbəkəsinin davamlı olaraq genişləndirən Bank ilin sonunadək daha bir neçə filialın açılmasını planlaşdırır.

Xəbər lenti

Xəbər lenti