...

Azərbaycanın bank sektoru inkişaf dinamikasını qoruyur - Mərkəzi Bank

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Sentyabr 2011 19:02 (UTC +04:00)
Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20 illiyi münasibətilə Mərkəzi Bankda keçirilən tədbirdə müstəqillik dövründə ölkənin sosial-iqtisadi nailliyyətləri və görülən işlər barədə danışılıb.
Azərbaycanın bank sektoru inkişaf dinamikasını qoruyur - Mərkəzi Bank

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20 illiyi münasibətilə Mərkəzi Bankda keçirilən tədbirdə müstəqillik dövründə ölkənin sosial-iqtisadi nailliyyətləri və görülən işlər barədə danışılıb. Bu barədə Trend-ə cümə günü Mərkəzi Bankdan məlumat verilib.

Qeyd edilib ki, XX əsrdə ikinci dəfə müstəqilliyini əldə edən Azərbaycanda demokratik dövlət quruculuğu, bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşdırılması məqsədilə yeni ictimai-siyasi və sosial-iqtisadi sistemə transformasiya obyektiv zərurətə çevrilib. Müstəqilliyin ilk illərində ölkənin ərazi bütövlüyünün qorunması, ictimai təhlükəsizliyin və sosial-iqtisadi rifahın təmin edilməsi ilə yanaşı, bazar iqtisadiyyatı sisteminin əsaslarının qurulması kimi mühüm vəzifələr qarşıda dayanırdı.

Çıxış edən tədbir iştirakçıları tərəfindən vurğulanıb ki, hazırda həyata keçirilən yeni iqtisadi doktrina sayəsində ölkə yoxsulluq probleminə qalib gəlib, kasıblıq həddi 4,5 dəfə azalaraq 11%-ə düşüb. Milli iqtisadiyyat hər il orta hesabla 19% artmaqla öz həcmini 5 dəfədən çox böyüdüb. Neft strategiyasının uğurlu həyata keçirilməsi milli ixracın 12 dəfə böyüməsinə imkan verib.

Bildirilib ki, bu illər ərzində müstəqil dövlətimizin qurulması və möhkəmləndirilməsində fəal iştirak edən Mərkəzi Bank da ölkədə dayanıqlı maliyyə sisteminin bərqərar olmasına, makroiqtisadi sabitliyin, o cümlədən maliyyə sabitliyinin qorunmasına və iqtisadi inkişafa dəstək verib.

Çıxışlarda qeyd olunub ki, ölkə iqtisadiyyatının mühüm və ayrılmaz hissəsi kimi bank sektoru hazırda inkişaf dinamikasını qoruyur, maliyyə vasitəçiliyi funksiyalarını daim dərinləşdirir və qeyri-neft sektorunun, sahibkarlığın inkişafına daha təsirli dəstək verir. Həyata keçirilən institusional və infrastruktur tədbirləri nəticəsində sistemin xarici investorlar üçün cəlbediciliyi artır.

Xəbər lenti

Xəbər lenti