...

10 il ərzində Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoru 2,8 dəfə artıb - Şahin Mustafayev

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Oktyabr 2011 12:22 (UTC +04:00)
Son on il ərzində Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoru 2,8 dəfə artıb. Trend-in məlumatına görə, bu barədə ölkənin iqtisadi inkişaf naziri Şahin Mustafayevin çərşənbə axşamı rəsmi mətbuatda dərc olunmuş məqaləsində deyilir.
10 il ərzində Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoru 2,8 dəfə artıb - Şahin Mustafayev

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir N.İsmayılova/

Son on il ərzində Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoru 2,8 dəfə artıb. Trend-in məlumatına görə, bu barədə ölkənin iqtisadi inkişaf naziri Şahin Mustafayevin çərşənbə axşamı rəsmi mətbuatda dərc olunmuş məqaləsində deyilir. Məqalə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunub.

Məqalədə deyilir ki, qeyri-neft sektorunun və ölkə iqtisadiyyatının şaxələndirilməsinə yönəldilmiş tədbirlər, eləcə də son beş il ərzində bu sahədə fəaliyyət göstərən müəssisələrin maddi-texniki bazasının yüksəlməsi nəticəsində ÜDM-də qeyri-neft sektorunun xüsusi çəkisi 40,7 faizdən 44,4 faizədək artıb, neft sektoru isə 53,8 faizdən 48,5 faizədək azalıb.

Sahibkarlığa Kömək Milli Fondu fəaliyyətə başladığı andan fond qeyri-neft sektorunun inkişafına yönəlmiş ümumi dəyəri 700 milyon manat olan 12 min layihəni güzəştli şərtlərlə maliyyələşdirilib.

Ümumilikdə, yaradılan əlverişli biznes və investisiya mühiti ölkə iqtisadiyyatına ümumi həcmi 100 milyard dollara yaxın olan investisiyaların cəlb olunmasına kömək edib.

Məqalədə deyilir ki, son illərdə əsas kapitala qoyulan investisiyaların ümumi həcmində daxili investisiyaların xüsusi çəkisi artmağa başlayıb.

Belə ki, 2000-ci ildə daxili investisiyaların xüsusi çəkisi 47,5 faiz təşkil edirdisə, son on il ərzində bu rəqəm 16,3 dəfə artaraq 75,7 faizə çatıb. Eyni zamanda, göstərilən dövrdə xarici investisiyalar 4,7 dəfə artıb, özəl sektorun dinamik inkişafı nəticəsində isə onun ÜDM-də xüsusi çəkisi 80 faizi ötüb.

Oktyabrın 18-nə rəsmi məzənnə 0,7869 AZN/USD təşkil edib.

Xəbər lenti

Xəbər lenti