...

"AtaHoldinq" turizm sahəsində yeni şirkət yaradıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Oktyabr 2011 15:56 (UTC +04:00)
"AtaHoldinq" ASC-nin şirkətlər qrupuna yeni bir şirkət də qoşuluи. "AtaTravel" MMC adlanan yeni şirkət turizm sahəsində fəaliyyət göstərəcək.
"AtaHoldinq" turizm sahəsində yeni şirkət yaradıb

Azərbaycan, Bakı, 19 oktyabr /Trend/

"AtaHoldinq" ASC-nin şirkətlər qrupuna yeni bir şirkət də qoşuluи. "AtaTravel" MMC adlanan yeni şirkət turizm sahəsində fəaliyyət göstərəcək.

ASC-dən çərşənbə günü Trend-ə verilən məlumata görə, "AtaTravel" MMC daxili və xarici turların təşkili, aviabiletlərin sifarişi, qonaqlama, yerləşdirmə, müalicəvi turlar və s. xidmətlər göstərəcək.

"AtaHoldinq" ASC-nin idarə heyətinin sədri Fərid Əsədov yeni yaradılmış şirkət barədə belə şərh verib: "Bildiyimiz kimi, 2011-ci il Azərbaycanda "Turizm ili" elan edilib və bu sahə yeni inkişaf mərhələsinə qədəm qoyub. "AtaTravel" MMC-nin yaradılmasında da əsas məqsəd Azərbaycanda turizmin inkişafına töhfə vermək, əhalinin əyləncə və istirahətə artan tələbatını ödəməkdir. Əminəm ki, "AtaTravel" qısa bir müddətdə bazarda öz yerini tutacaq və təmsil olunduğu sahənin liderlərindən birinə çevriləcək".

"AtaTravel" S.Rüstəm, 9 ünvanında fəaliyyət göstərir. (012) 441 05 09 və 441 14 74 nömrəli telefonlara zəng vurmaqla, [email protected] ünvanına e-mail göndərməklə və www.atatravel.az internet səhifəsinə daxil olmaqla şirkətin tur kampaniyaları haqqında məlumatlara abunə olmaq mümkündür.

2003-cü ildən etibarən fəaliyyətə başlamış "AtaHoldinq" ASC iqtisadiyyatın müxtəlif sahələrində investisiya qoyuluşunu, maliyyə vəsaitlərinin, habelə intellektual sərvətlərin idarə olunmasını və korporativ idarəetməni həyata keçirir.

Xəbər lenti

Xəbər lenti