...

Azərbaycan aqrar sektora subsidiyaların verilməsini davam etdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Oktyabr 2011 14:06 (UTC +04:00)
2007-ci ildən indiyədək Azərbaycanın fermerlərinə mühərrik yağı və yanacağın alınması, eləcə də taxıl və düyü əkini üçün 360,3 milyon manat məbləğində subsidiyalar verilib.
Azərbaycan aqrar sektora subsidiyaların verilməsini davam etdirir

Azərbaycan, Bakı, 25 oktyabr / Trend müxbir A.Axundov /

2007-ci ildən indiyədək Azərbaycanın fermerlərinə mühərrik yağı və yanacağın alınması, eləcə də taxıl və düyü əkini üçün 360,3 milyon manat məbləğində subsidiyalar verilib. Trend-in məlumatına görə, bu barədə Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında kənd təsərrüfatı naziri İsmət Abasov bildirib.

Əkin sahəsinin hər hektarı üçün mühərrik yağı və yanacaq almaq üçün 40 manat məbləğində subsidiyalar ölkə Prezidentinin "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" sərəncamına uyğun verilir.

"2007-2010-cu illər ərzində dövlət büdcəsinin vəsaiti hesabına təsərrüfatlara ümumilikdə 15 milyоn 100 min manatdan çоx subsidiya verilib", - Abasov deyib.

Həmçinin, nazirin sözlərinə görə, 2007-ci ildən hüquqi və fiziki şəxslər tərəfindən idxal olunan kənd təsərrüfatı məhsulları istehsalında istifadə оlunan 294 min 700 tоn gübrənin dəyərinin orta hesabla 50 və ya 70 faizinin güzəştlə satılmasına görə həmin təşkilatlara 49 milyon manatdan çox vəsait ödənilib.

Oktyabrın 25-nə rəsmi məzənnə 0,7869 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti