...

Azərbaycanın maliyyə naziri ali məktəblərin ƏDV-dən azad edilməsi ideyasını dəstəkləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Noyabr 2011 17:12 (UTC +04:00)
Samir Şərifov Azərbaycandakı ali məktəblərin təhsil haqqına görə əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi ideyasını dəstəkləyir.
Azərbaycanın maliyyə naziri ali məktəblərin ƏDV-dən azad edilməsi ideyasını dəstəkləyir

Azərbaycan, Bakı, 17 noyabr /Trend, müxbir A.Axundov/

Azərbaycanın maliyyə naziri Samir Şərifov Azərbaycandakı ali məktəblərin təhsil haqqına görə əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi ideyasını dəstəkləyir. Azərbaycanda ƏDV dərəcəsi 18 faiz təşkil edir.

"Mən şəxsən bu ideyanı dəstəkləyirəm, lakin bunun üçün vaxt lazımdır", - Trend-in məlumatına görə, bu barədə cümə axşamı Şərifov Parlamentin Mədəniyyət, Elm və təhsil, Hüquq siyasəti və dövlət quruculuğu, Regional məsələlər, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələq komitələrinin 2012-ci ilin dövlət büdcəsinin müzakirəsinə həsr olunmuş iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycanda təhsil müəssisələrinə xüsusi status verilə bilər.

"Biz əvvəllər də Azərbaycanda təhsil müəssisələrinə xüsusi statusun verilməsi məsələsini müzakirə etmişik. Onlar ya kommersiya obyekti kimi gəlir əldə edərək gəlir vergisi, habelə ƏDV və s. ödəməli, ya da qeyri-kommersiya prinsipi üzrə çalışaraq əldə olunan mənfəəti müəssisənin inkişafına yönəltməli, bu zaman yalnız mənfəət vergisi ödəməli olduqlarını özləri müəyyən etməlidirlər. İndi bu məsələyə ölkə Prezidenti yanında Təhsil üzrə Komissiya çərçivəsində baxılır", - Şərifov deyib.

Xəbər lenti

Xəbər lenti