...

"Azərbaycan Dəmir Yolları" Gürcüstan istiqamətində yolun yeni sahəsinin əsaslı təmirinə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Noyabr 2011 15:32 (UTC +04:00)
Bu gün "Azərbaycan Dəmir Yolları" QSC Bakı-Böyük Kəsik istiqamətində Zəyəm-Dəllər sahəsinin 136-138-ci kilometrində yolun əsaslı təmirinə başlayıb.
"Azərbaycan Dəmir Yolları" Gürcüstan istiqamətində yolun yeni sahəsinin əsaslı təmirinə başlayıb

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir E.İsmayılov/

Bu gün "Azərbaycan Dəmir Yolları" QSC Bakı-Böyük Kəsik istiqamətində Zəyəm-Dəllər sahəsinin 136-138-ci kilometrində yolun əsaslı təmirinə başlayıb. Trend-in məlumatına görə, bu barədə QSC-nin çərşənbə günü yaydığı məlumatda deyilir.

317 kilometrlik yolun əsaslı təmiri Çexiyanın "İxrac" Bankının ayırdığı 215 milyon avro məbləğində kredit hesabına həyata keçirilir.

Yolların əsaslı təmirini nəzarət qrupu müşahidə edir. Təmir işləri başa çatandan sonra bu yollarda qatarların hərəkət sürətini artırmaq mümkün olacaq.

Yolun əsaslı təmirinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib. Bu günə kimi 26,5 km yol əsaslı təmir olunub.

Əsaslı təmir işlərinə "Azərbaycan Dəmir Yolları" QSC "Dəmiryolservis" MMC-nin 4 və 11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları cəlb olunub.

Xəbər lenti

Xəbər lenti