...

İri maliyyə-sənaye qrupu Azərbaycanda gips istehsalını yaradır

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Dekabr 2011 20:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir N.İsmayılova/

"Gilan" şirkətlər qrupuna daxil olan "GİLAN GİPS" MMC Azərbaycan Vergilər Nazirliyində dövlət qeydiyyatından keçib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi nazirliyin rəsmi saytındakı "bir pəncərə" bölümündə deyilir.

Şirkətin təsisçisi qismində "Gilan" MMC çıxış edir. Müəssisə noyabrın 24-də dövlət qeydiyyatından keçib. Şirkət 10 milyon manat dəyərində nizamnamə kapitalı ilə qeydə alınıb. Şirkətin qanuni nümayəndəsi Cəmil Muradovdur.

Bu gün "Gilan Holdinq"in tərkibinə tikinti materialları istehsalı (beton, gips məhsulları, kərpic və s.), kənd təsərrüfatı məhsulları (konservləşdirilmiş məhsullar, təbii şirələr, makaron və s.) yüngül sənaye (dəri emalı və s.) və turizm (mehmanxana biznesi) sahəsində 20 müəssisə və şirkət daxildir.

Dekabrın 5-nə olan rəsmi məzənnə 0,7865 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti