Azərbaycan, Bakı, 5 dekabr /Trend/
2011-ci ilin noyabrında dövlət qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) brokerlərin renkinqinə göstərilmiş xidmətlərin həcminə görə "Chelsi Capital" MMC başçılıq edib; şirkət 4 müştəriyə 16,4 milyon manat məbləğində broker xidməti göstərib. Trend-in məlumatına görə, bu barədə Bakı Fond Birjasının bazar ertəsi yaydığı məlumatda deyilir.
İkinci yeri isə 2 müştəriyə ümumi həcmi 13,13 milyon manat məbləğində broker xidmətləri göstərən "Caspian Financial ltd" MMC tutub.
Göstərilmiş broker xidmətlərinin həcminə görə üçüncü yerdə 8,4 milyon manat məbləği ilə "Brokdil-Az" MMC qərarlaşıb.
2011-ci ilin noyabr ayı üzrə DQK bazarında göstərilmiş xidmətlərin həcminə görə brokerlərin renkinqi:
Xidmətlərin həcminə görə cari yeri |
Xidmətlərin həcminə görə əvvəlki yeri |
Brokerlər |
Əqdlərin sayı |
Müştərilərin sayı |
Əməliyyatların həcmi (AZN) |
1 (▲) |
5 |
"Chelsi Capital" MMC |
10 |
4 |
16 432 622,55 |
2 (-) |
2 |
"Caspian Financial ltd" MMC |
10 |
2 |
13 129 057,04 |
3 (▼) |
1 |
"Brokdil-Az" MMC |
9 |
1 |
8 405 829,83 |
4 (▼) |
3 |
"BoB Broker" MMC |
3 |
1 |
7 982 725,00 |
5 (▼) |
4 |
"Texnika Capital Management" MMC |
4 |
1 |
6 833 317,12 |
6 (-) |
6 |
"Respublika İnvest" MMC |
1 |
1 |
2 007 000,00 |
7 (-) |
- |
"Unicapital" ASC |
1 |
1 |
499 583,26 |
8 (-) |
- |
"Standard Capital" MMC |
1 |
1 |
300 002,04 |
Dekabrın 5-nə olan rəsmi məzənnə 0,7865 AZN/USD təşkil edir.