...

DəmirBank 2012–ci ildə də filialların köçürülməsini davam etdirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Dekabr 2011 13:16 (UTC +04:00)
DəmirBank-ın Binəqədi filialı bankın inkişaf strategiyasına uyğun olaraq yeni ünvanda fəaliyyət göstərir.
DəmirBank 2012–ci ildə də filialların köçürülməsini davam etdirəcək

Azərbaycan, Bakı, 9 dekabr /Trend/

DəmirBank-ın Binəqədi filialı bankın inkişaf strategiyasına uyğun olaraq yeni ünvanda fəaliyyət göstərir. Trend-in məlumatına görə, bu barədə bankın cümə günü yaydığı məlumatda deyilir.

Bakı şəhəri, 8-ci mikrorayon, Ş.Məmmədova küç., 4c ünvanında (Oazis restoranının və Bermud mağazasının yaxınlığında) yerləşən Binəqədi filialı fiziki və hüquqi şəxslərə geniş çeşiddə bank xidmətləri göstərir.

Filial müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ istehlak və biznes kreditləri, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətləri təklif edir.

"DəmirBank son 1 il ərzində 6 filialını yeni ofislərə köçürüb və növbəti il daha bir neçə filialın yeni ofislərə köçürülməsi gözlənilir. Bankın bir sıra filiallarının yeni ofislərə köçürülməsi müştərilərə daha rahat xidmətin göstərilməsi və müştəri xidmətinin keyfiyyətinin artırılması məqsədi ilə həyata keçirilir. Binəqədi filialının yeni ofisi də müştərilərə yüksək səviyyədə xidmət göstərmək üçün zəruri şəraitə və imkanlara malikdir", - İdarə Heyəti sədrinin müavini Yusif Cabbarov bildirib.

Hazırda DəmirBank-ın 31 filial və şöbəsi fəaliyyət göstərir. Onlardan 13-ü paytaxt Bakı şəhərində, 18-i isə Gəncə, Sumqayıt, Şəki, Zaqatala, Yevlax, Bərdə, Qazax, Şəmkir, Quba, Qusar, Göyçay, Ağdaş, Ağsu, Şamaxı, Lənkəran, Masallı, Sabirabad və İmişli şəhərlərində yerləşir.

Ölkənin ilk banklarından olan DəmirBank (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Xəbər lenti

Xəbər lenti