...

"Ernst & Young" şirkəti Bakıda vergi məsələlərini müzakirə edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Dekabr 2011 15:44 (UTC +04:00)
"Ernst & Young" şirkətinin Vergilər və Hüquq Departamenti dekabrın 15-də vergi məsələlərinin müzakirə edilməsi ilə bağlı səhər yeməyi təşkil edib.
"Ernst & Young" şirkəti Bakıda vergi məsələlərini müzakirə edib

Azərbaycan, Bakı, 19 dekabr /Trend/

Ernst & Young Holdinqs (SiAyEs) Bi.Vi. şirkətinin Vergilər və Hüquq Departamenti 15 dekabr 2011-ci il tarixində Hyatt Beynəlxalq Mərkəzinin Şuşa zalında vergi məsələlərinin müzakirə edilməsi ilə bağlı səhər yeməyi təşkil etmişdir. Bu mərasimdə Azərbaycanda fəaliyyət göstərən bir sıra iri beynəlxalq və yerli şirkətlərin maliyyə direktorları, baş mühasibləri, vergi məsləhətçiləri və vergi menecerləri iştirak etmişdir.

Arzu Hacıyeva, Ernst & Young şirkətinin Vergilər və Hüquq Məsələləri üzrə Partnyoru və Ernst & Young şirkətindən olan digər natiqlər Azərbaycandakı şirkətlərə təsir edən mühüm qanunvericilik dəyişiklikləri və son praktik problemlər haqqında məlumat təqdim etmişlər. Təqdimatın diqqət mərkəzində vergi, mühasibat uçotu, əmək, miqrasiya, sığorta və gömrük məsələləri olmuşdur. Təqdimatın mövzuları çərçivəsində ən qaynar müzakirələr gömrük qanunvericiliyində, xüsusən də gömrük yoxlamalarında bu yaxınlarda edilmiş dəyişikliklər olmuşdur.

Ernst & Young haqqında

Ernst & Young audit, vergi, əməliyyatların müşayiət olunması və məsləhət xidmətləri üzrə qlobal liderdir. Bizim 152.000 əməkdaşımızı birgə dəyərlər və keyfiyyətə sadiqlik birləşdirir. Biz əməkdaşlarımızın, müştərilərimizin və daha geniş icmaların potensialını açaraq, perspektivlər yaradırıq.

Ernst & Young, müştərilərin ehtiyaclarını nəzərə alaraq, bütün MDB-də xidmət və resurslarını genişləndirir. Moskva, Sankt-Peterburq, Bakı, Almatı, Astana, Kiyev, Tbilisi və digər şəhərlərdə Minskdə yerləşən 18 ofisdə 4000 peşəkar çalışır.

Daha ətraflı məlumatla www.ey.com ünvanında tanış ola bilərsiniz.

Ernst & Young Azərbaycanda

Ernst & Young 17 il bundan əvvəl Bakıda ofis açmaqla və yerli maliyyə xidmətləri qrupunu genişləndirməklə Azərbaycana və regiona öz dəyərli töhfəsini vermişdir. Bu gün biz, Azərbaycanda fəaliyyət göstərən aparıcı firma olmaqla yanaşı, bütün bölgədə də liderik. Geniş bilik və təcrübəmiz sayəsində biz həm yerli, həm beynəlxalq şirkətlərə, həm də dövlət müəssisələrinə beynəlxalq iqtisadi məsələlərlə bağlı çətinlikləri dəf etməyə kömək edirik.

Hal-hazırda Bakı ofisimizdə Azərbaycan Respublikasındakı müştərilərimizə, o cümlədən banklara və digər maliyyə təşkilatlarına xidmət göstərən 120 işçi çalışır. Ernst & Young-ın Xəzər regionundakı güclü mövqeyi və firmanın öz resurslarından tam şəkildə istifadə etməsi regionda fəaliyyət göstərən müəssisələr üçün böyük əhəmiyyət kəsb edir. Bu, firma inkişaf etdikcə, Ernst & Young-ın yerli mütəxəssisləri cəlb etmək və onları təcrübəmizdə aparıcı mövqe tutmaq üçün təlimləndirmək ənənəsinə sadiq qalacağı deməkdir.

Daha ətraflı məlumatla www.ey.com/Azərbaycan ünvanında tanış ola bilərsiniz.

Xəbər lenti

Xəbər lenti