...

Ukrayna Milli Bankı "Xəzri" pulköçürmə sisteminin tətbiqinə razılıq verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Dekabr 2011 12:51 (UTC +04:00)
Ukrayna Milli Bankı ölkədə "Xəzri" sistemi üzrə pul köçürmələrinin həyata keçirilməsinə razılıq verib. Trend-in məlumatına görə, bu barədə bankın yaydığı məlumatda bildirilir.
Ukrayna Milli Bankı "Xəzri" pulköçürmə sisteminin tətbiqinə razılıq verib

Azərbaycan, Bakı, 28 dekabr /Trend/

Ukrayna Milli Bankı ölkədə "Xəzri" sistemi üzrə pul köçürmələrinin həyata keçirilməsinə razılıq verib. Trend-in məlumatına görə, bu barədə bankın yaydığı məlumatda bildirilir.

Məlumatda "Xəzri" pulköçürmə sisteminin 2007-ci ildə Azərbaycanın ən aparıcı banklarından olan Kapital Bank tərəfindən yaradıldığı diqqətə çatdırılır.

"Xəzri"nin üstünlüyü aşağı tariflər və köçürmələrin sadəliyidir. Bu pulköçürmə sistemini digər sistemlərdən müsbət mənada fərqləndirən amillər tapşırığın qısa zamanda icrası (10 dəqiqə ərzində), komisyon haqqın minimal səviyyədə - köçürülən məbləğin cəmi 1,5 faizi həcmində olması, bütün regionların əhatəsi və köçürmənin sadə qaydada rəsmiləşdirilməsidir.

Xatırladaq ki, 2010-cu ildən "Xəzri" sistemi Rusiyanın bəzi bölgələrində də tətbiq edilir.

Xəbər lenti

Xəbər lenti