...

Əlverişsiz hava şəraiti Bakıda sərnişin avtobuslarının işində problemlər yaradıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Fevral 2012 12:27 (UTC +04:00)
Çərşənbə günü Bakıda sərnişin avtobusları əlverişsiz hava şəraiti səbəbindən adi qaydadan üç-dörd saat az işləyəcəklər.
Əlverişsiz hava şəraiti Bakıda sərnişin avtobuslarının işində problemlər yaradıb

Azərbaycan, Bakı, 8 fevral /Trend müxbir E.İsmayılov/

Çərşənbə günü Bakıda sərnişin avtobusları əlverişsiz hava şəraiti səbəbindən adi qaydadan üç-dörd saat az işləyəcəklər. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycan Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib.

Onun sözlərinə görə, səhərdən etibarən Bakı küçələrinə təxminən 700 sərnişin avtobusu çıxıb, lakin onların bir hissəsi Bakının yüksək ərazilərində işləməyin mümkün olmaması səbəbindən işlərini dayandırıblar.

Həsənovun sözlərinə görə, saat 10:00-a olan məlumata görə, Bakı Beynəlxalq Avtovağzalından 16 avtobus və 280 sərnişin yola salınıb.

"Hava şəraitinə görə sərnişin axınının azalması müşahidə edilir" , - Həsənov qeyd edib.

Çərşənbə günü səhərdən Bakıda güclü çovğun başlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan daha əvvəl Trend-ə verilən məlumata görə, çərşənbə günü şaxtalar güclənəcək.

Fevralın 7-dən 8-nə keçən gecə və 8-dən 9-na keçən gecə Bakıda minimal temperaturun 6-10 dərəcə şaxta təşkil edəcəyi gözlənilir. Həmin gün günorta saatlarında temperatur 3-5 dərəcə şaxta olacaq, çovğun müşahidə olunacaq.

Azərbaycanın rayonlarında fevralın 9-u səhərədək fasilələrlə qar yağacaq.

Xəbər lenti

Xəbər lenti