...

Azərbaycanda kiçik və orta üzümçülük təsərrüfatlarının yaradılmasına güzəştli kreditlər ayrılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Fevral 2012 10:54 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Salyan rayonunda sahibkarlıq subyektlərindən investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbuluna başlayıb.
Azərbaycanda kiçik və orta üzümçülük təsərrüfatlarının yaradılmasına güzəştli kreditlər ayrılacaq

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir N.İsmayılova/

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Salyan rayonunda sahibkarlıq subyektlərindən investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbuluna başlayıb. Trend-in məlumatına görə, bu barədə nazirliyin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Fevralın 10-da Salyan rayonunun Qardili kəndində "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda keçirilən tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb.Nəticədə rayonun inkişafı üçün aşağıdakı prioritet sahələr müəyyən edilib:
- kiçik və orta həcmli üzümçülük təsərrüfatlarının yaradılması;
- südlük istiqamətli müasir heyvandarlıq kompleksinin yaradılması;
- müasir çörək istehsalı müəssisəsinin yaradılması.
Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələrini Fonddan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100 faizədək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilə bilər. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar:

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: [email protected]

Xəbər lenti

Xəbər lenti