...

"Baku Taxi Company" avtomobilləri lizinqə verməyə hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Fevral 2012 13:11 (UTC +04:00)
"Baku Taxi Company" "London Taxi TX4" markalı avtomobilləri həm fiziki, həm də hüquqi şəxslərə lizinqə verməyə hazırdır. Bu barədə Trend-ə çərşənbə axşamı şirkətin rəhbəri İlqar Qasımov məlumat verib.
"Baku Taxi Company" avtomobilləri lizinqə verməyə hazırdır

Azərbaycan, Bakı, 14 fevral / Trend müxbir E.İsmayılov/

"Baku Taxi Company" "London Taxi TX4" markalı avtomobilləri həm fiziki, həm də hüquqi şəxslərə lizinqə verməyə hazırdır. Bu barədə Trend-ə çərşənbə axşamı şirkətin rəhbəri İlqar Qasımov məlumat verib.

Belə halda şirkət lizinqverən qismində çıxış edə bilər.

Onun sözlərinə görə, şirkət "London Taxi TX4" markalı avtomobilləri həm fərdi şəxslərə, həm də ayrı-ayrı şirkətlərə satmağa hazırdır.

Bu halda şirkət təkcə avtomobillərin alınmasına deyil, həm də onların rəsmiləşdirilməsi prosesinə, eləcə də ilkin mərhələdə taksi xidmətlərinin göstərilməsi üçün lisenziyanın alınmasına yardım etməyə hazırdır.

"Biz bütün arzu edənlərə "London Taxi TX4" avtomobillərində işləmək üçün şəraitin yaradılmasına hazırıq", - Qasımov deyib.

O şirkətin sürücüləri üçün planın müəyyən edilməsi məsələsinə toxunaraq qeyd edib ki, plan sistemi ötən il noyabrın 1-dən tamamilə ləğv edilib.

Bu o deməkdir ki, "Baku Taxi Company" taksilərinin sürücüləri taksi xidmətlərindən istifadə olunması zamanı avtomobillərdə quraşdırılan sayğaclardakı göstəricilərə uyğun olaraq toplanan pul vəsaitlərini təhvil verəcəklər.

Xəbər lenti

Xəbər lenti