...

2011-ci ildə Azərbaycanda 150 minə yaxın daşınmaz əmlak obyektinə mülkiyyət hüququ verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Fevral 2012 20:08 (UTC +04:00)
2011-ci ildə Azərbaycanda 147 370-ə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Bunu Əmlak Məsələləri Dövlət Komitəsindin sədri Kərəm Həsənov geniş kollegiya iclasında çıxışı zamanı bildirib.
2011-ci ildə Azərbaycanda 150 minə yaxın daşınmaz əmlak obyektinə mülkiyyət hüququ verilib

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir A.Axundov/

2011-ci ildə Azərbaycanda 147 370-ə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Bunu Əmlak Məsələləri Dövlət Komitəsindin sədri Kərəm Həsənov geniş kollegiya iclasında çıxışı zamanı bildirib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı komitənin yaydığı məlumatda deyilir.

"Onlardan 52 580-dən çoxu ilkin, 94 780-dən çoxu isə təkrar qeydiyyata alınıb. Bununla yanaşı, hesabat dövründə 20 990-dan çox ipoteka müqaviləsi, 1450-ə yaxın digər müqavilələr (icarə, istifadə) dövlət qeydiyyatına alınıb", - Həsənov qeyd edib.

Onun sözlərinə görə, 2011-ci ildə 131 700-ə yaxın daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılaraq texniki pasport və ya torpaq sahəsinin plan və ölçüsü tərtib edilib.

"Hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 95 150 məhdudiyyət arayışı, əhaliyə xidmətlə bağlı 29 800-dən çox digər müxtəlif məzmunlu arayışlar verilib", - Həsənov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti