...

Bakı küçələrindəki tıxacların həlli yolu tapıldı

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Mart 2012 13:00 (UTC +04:00)
Azərbaycanın Nəqliyyat Nazirliyi elektron işıqforlar vasitəsilə Bakı küçələrindəki tıxaclarla bağlı problemi həll etməyi planlaşdırır.
Bakı küçələrindəki tıxacların həlli yolu tapıldı

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir E.İsmayılov/

Azərbaycanın Nəqliyyat Nazirliyi elektron işıqforlar vasitəsilə Bakı küçələrindəki tıxaclarla bağlı problemi həll etməyi planlaşdırır. Bu barədə çərşənbə axşamı Trend-ə nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov məlumat verib.

Onun sözlərinə görə, elektron işıqforların Bakıda tətbiq edilən intellektual idarəetmə sisteminə qoşulması paytaxtın küçələrindəki tıxaclara tez reaksiya verməyə və işıqforlar vasitəsilə onların aradan qaldırılmasını təmin etməyə imkan verəcək.

Həsənov bildirib ki, hazırda intellektual idarəetmə sisteminin birinci mərhələsinin işə salınması üzrə işlər görülür və bütün proqram və sistemlərin aktivləşdirilməsi prosesi gedir.

"Elektron işıqforların Bakının 150 yolayrıcında quraşdırılması planlaşdırılır. Onların sistemə qoşulması Bakı küçələrindəki tıxaclarla bağlı vəziyyətə cəld reaksiya verməyə imkan verəcək", - o deyib.

Nəqliyyatın intellektual idarəetmə sisteminin 2014-2015-ci illərdə tam istismara verilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti