...

Keyfiyyətsiz şirniyyat məhsullarının istehsalı və satışının qarşısı alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Mart 2012 16:51 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən İlham Mustafayevə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı müəssisənin anbarında olan hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilmişdi.
Keyfiyyətsiz şirniyyat məhsullarının istehsalı və satışının qarşısı alınıb

Azərbaycan, Bakı, 9 mart /Trend/

Məlumat verildiyi kimi, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən İlham Mustafayevə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı müəssisənin anbarında olan hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilmişdi.

Nazirliyin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, laborator müayinələr nəticəsində müəssisədə istehsal edilən kokoslu peçenyenin tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyaların (koliformlar) olduğu, şokoladlı peçenyedə və ekler pirojnasında mezofil-aerob, fakültativ-anaerob mikroorqonizmlərin və maya göbələklərinin sayının normadan çox, tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyaların (koliformlar) olduğu, vaflidə mezofil-aerob və fakültativ-anaerob mikroorqonizmlərin sayının normadan çox olduğu aşkar edilib.

Bundan başqa, laborator müayinənin nəticəsinə əsasən, tərkibindəki yağın kütlə payına görə mutaki pirojnasının və kurabiyənin saxlama müddəti 15 gün müəyyən edilməli olduğu halda, həmin məhsulların etiketində saxlama müddətinin 30 gün göstərildiyi müəyyən edilib.

Laborator müayinələrin nəticələrinə əsasən, insan orqanizmi üçün təhlükəli 86,3 kq şirniyyat məhsullarının qanunvericiliyə müvafiq qaydada məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən İlham Mustafayevə icrası məcburi göstəriş verilib.

Araşdırmalar davam edir.

Xəbər lenti

Xəbər lenti