...

Azərbaycanın bank sistemində vəziyyət stabilləşib - Fitch

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Mart 2012 12:25 (UTC +04:00)
Azərbaycan banklarının krediti ödəmə qabiliyyəti dünya maliyyə böhranının ən qızğın vaxtına nisbətən stabilləşib və neftin bugünkü yüksək qiymətləri Azərbaycanın bank sektorunda aktivlərin keyfiyyətini və likvidliyi dəstəkləyir.
Azərbaycanın bank sistemində vəziyyət stabilləşib - Fitch

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir Ə.Həsənov /

Azərbaycan banklarının krediti ödəmə qabiliyyəti dünya maliyyə böhranının ən qızğın vaxtına nisbətən stabilləşib və neftin bugünkü yüksək qiymətləri Azərbaycanın bank sektorunda aktivlərin keyfiyyətini və likvidliyi dəstəkləyir. Trend-in məlumatına görə, bu barədə Fitch beynəlxaql reytinq agentliyinin MDB maliyyə institutları üzrə direktorunun müavini Dmitri Abramov cümə axşamı Bakıda keçirilən "Azərbaycanın bank sistemi: böhrandan sonra bərpa" adlı təqdimatda bildirib.

"Eyni zamanda kreditlərin qiymətdən düşməsi böhranaqədərki yüksək artım templərindən sonra çox olaraq qalır, problemli kreditlər üzrə vəsaitlərin qaytarılması zəif korporativ idarəetmə, daşınmaz əmlak bazarındakı çətinliklər səbəbindən çətinləşir", - Abramov deyib.

Fitch Ratings-in nümayəndəsi hesab edir ki, gəlirliliyin məhdudlaşdırılması, həmçinin mülayim kapitallaşdırma bankların zərərləri sovuşdurmaq imkanlarını əngəlləyir. Bütövlükdə ölkə iqtisadiyyatı kimi bank sistemi də neftin qiymətlərinin hər hansı əhəmiyyətli, neqativ dəyişikliklərinin riskinə meyilliyin yüksək dərəcəsini saxlayır.

Fitch gözləyir ki, 2012-ci ildə kreditləşmənin artım templəri 2011-ci ildəki kimi, yəni 21 faiz səviyyəsində qalacaq. Onun sözlərinə görə, yeni kreditlər əsasən fiziki şəxslərə və kiçik və orta biznes müəssisələrinə verilir. Kreditləşmənin artımına iqtisadiyyatın hazırda rıçaq təsiri səviyyəsinin mülayim olması imkan yaradır.

"Belə ki, Azərbaycan bankları tərəfindən verilmiş kreditlərin nisbəti 2011-ci ilin sonuna ÜDM-in 20 faizini təşkil edirdi, lakin qeyri-neft ÜDM-da 45 faizə bərabər idi. Kredit vermənin artması korporativ sektorda çatışmazlıqlar, real ÜDM-in artım sürətlərinin ləngidilməsi və ölkədə daha sərt pul-kredit siyasəti ilə bağlıdır", - Abramov deyib.

Onun sözlərinə görə, bununla yanaşı, bank sektorunun inkişafına ölkənin bank sisteminin aktivlərinin təxminən 35 faizinin düşdüyü və iri bankı olan Azərbaycan Beynəlxalq Bankının az kapitallaşması təsir göstərir. 2012-ci ilin fevralında hökumət ABB-nin kapitallaşması haqqında qərar çıxarıb.

"Bu tədbirlər bank tərəfindən kapitallaşmaya requlyativ tələblərə riayət edilməsinə kömək edəcək. Lakin Fitch güman edir ki, onlar hər halda yetərincə olmayacaq", - Abramov hesab edir.

Xəbər lenti

Xəbər lenti