...

Azərbaycanda qiymətli kağızların ölkədən kənarda yerləşdirilməsi qaydaları təsdiq edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Mart 2012 11:46 (UTC +04:00)
Azərbaycanda qiymətli kağızların ölkədən kənarda yerləşdirilməsi qaydaları təsdiq edilib
Azərbaycanda qiymətli kağızların ölkədən kənarda yerləşdirilməsi qaydaları təsdiq edilib

Azərbaycan, Bakı, 29 mart /Trend/

Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin qərarı ilə "Azərbaycan Respublikasının emitentlərinin qiymətli kağızlarının Azərbaycan Respublikası ərazisindən kənarda yerləşdirilməsi haqqında Qaydaları" təsdiq edilmiş və Azərbaycan Respublikasının hüquqi aktların dövlət reyestrində daxil edilmişdir.

QKDK-dan Trend-ə verilən məlumata görə, yeni qaydalar Azərbaycan Respublikasının emitentlərinin qiymətli kağızlarının, baza aktivi Azərbaycan Respublikasının emitentlərinin qiymətli kağızları olan qiymətli kağızların və Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin iştirakı ilə emissiya edilən qiymətli kağızların Azərbaycan Respublikası ərazisindən kənarda yerləşdirilməsini tənzimləyir.

Xəbər lenti

Xəbər lenti