...

Azərbaycan kənd təsərrüfatı sahəsində Avropa ölkələri ilə əməkdaşlığı genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Aprel 2012 14:54 (UTC +04:00)
Polşa taxılçılıq sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır.
Azərbaycan kənd təsərrüfatı sahəsində Avropa ölkələri ilə əməkdaşlığı genişləndirir

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir A.Axundov/

Polşa taxılçılıq sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Polşanın kənd təsərrüfatı və inkişaf naziri Marek Saviçki Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasovla görüşündə bildirib.

"Bu, kənd təsərrüfatı sektorunda iki ölkə arasında əməkdaşlığın inkişafı üçün perspektivli sahədir", - Saviçki qeyd edib.

Litvanın kənd təsərrüfatı naziri Kazis Starkyaviçus isə Abasovla keçirdiyi ikitərəfli görüşdə bildirib ki, hər iki tərəf kənd təsərrüfatı sahəsində əməkdaşlıq üzrə saziş hazırlayır.

"Biz kənd təsərrüfatı, xüsusən heyvandarlıq sahəsində Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək niyyətindəyik", - Starkyaviçus qeyd edib.

Abasov qonaqlara Azərbaycanda kənd təsərrüfatı sahəsindəki vəziyyət haqqında məlumat verib və gələcəkdə bu ölkələrlə tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi və genişləndirilməsinə əminliyini ifadə edib.

Nazir Bakıda keçirilən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) konfransının iştirakçıları ilə ikitərəfli görüşləri davam etdirəcək.

Xəbər lenti

Xəbər lenti