...

Qazaxıstan Azərbaycana taxıl ixracını artırmağa hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Aprel 2012 15:24 (UTC +04:00)
Qazaxıstan Azərbaycana taxıl ixracının həcmini artırmağa hazırdır.
Qazaxıstan Azərbaycana taxıl ixracını artırmağa hazırdır

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir A.Axundov/

Qazaxıstan Azərbaycana taxıl ixracının həcmini artırmağa hazırdır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Bakıda jurnalistlərə Qazaxıstanın kənd təsərrüfatı nazirinin müavini Marat Tolıbayev bildirib.

"Biz Mərkəzi Asiya və Qafqazın bütün bazarlarına taxıl tədarük etməyə hazırıq. Ümid edirik ki, Azərbaycan bu sahədə Qazaxıstanın etibarlı tərəfdaşı olacaq", - Tolıbayev deyib.

Onun sözlərinə görə, 2011-ci ildə Qazaxıstan 30 milyon tondan çox taxıl məhsulu yığıb ki, bu, rekord göstəricidir.

"Qazaxıstan ərazisində bu qədər məhsul heç sovet dövründə də olmayıb", - nazir müavini qeyd edib.

Tolıbayev Bakıda keçirilən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa üzrə 28-ci regional konfransı və Kənd Təsərrüfatı üzrə Avropa Komissiyasının 37-ci sessiyasında iştirak edir.

"Qazaxıstan və Azərbaycan öz regionlarında lider ölkələrdir. Buna görə də hər iki dövlətin oxşar problemləri və məqsədləri var. Biz bir-birimizə kömək və əməkdaşlıq edə bilərik", - nazir müavini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti