...

"Atəşgah" şirkəti daşınmaz əmlakın icbari sığortası üzrə ilk ödənişi həyata keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 May 2012 14:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 may /Trend/

Azərbaycanın iri sığorta şirkətlərindən biri "Atəşgah" daşınmaz əmlakın icbari sığortası üzrə ilk ödənişi həyata keçirib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı şirkətin yaydığı məlumatda deyilir.

Elektrik naqillərində baş verən qısaqapanma səbəbindən yaranan yanğın nəticəsində Sumqayıt şəhərində sığorta obyekti olan gözəllik salonuna zərər dəyib. Sığorta ödənişinin məbləği 3191 manat təşkil edib.

Qeyd edək ki, "Atəşgah" SŞ "İcbari sığortalar haqqında" qanun çərçivəsində 2012-ci ilin əvvəlindən ümumilikdə təqribən 60 min manat həcmində ödəniş həyata keçirib.

Xəbər lenti

Xəbər lenti