...

Azərbaycanda Kabardin-Balkarın investisiya imkanları təqdim olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyun 2012 17:04 (UTC +04:00)
İyunun 18-dən 21-dək RF Kabardin-Balkar Respublikası hökumətinin sədr müavini Kazım Uyanayevin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda olacaq.
Azərbaycanda Kabardin-Balkarın investisiya imkanları təqdim olunacaq

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir Ə.Həsənov/

İyunun 18-dən 21-dək RF Kabardin-Balkar Respublikası hökumətinin sədr müavini Kazım Uyanayevin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda olacaq. Bu barədə cümə axşamı Trend-ə Azərbycanın İqtisadi İnkişaf Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev məlumat verib.

Onun sözlərinə görə, nümayəndə heyəti səfər çərçivəsində İİN-də, Sənaye və Energetika, Nəqliyyat, Mədəniyyət və Turizm, Ekologiya və Təbii Sərvətlər nazirliklərində və başqa idarələrdə görüşlər keçirəcək.

Bununla yanaşı, nümayəndə heyətinin üzvləri Sumqayıt Texnoloji Parkı ilə tanış olacaq.

"Rusiya nümayəndə heyətinə respublikanın müxtəlif nazirlik və müəssisələrinin rəhbərləri daxildir. Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Kabardin-Balkara investisiya yatırımlarının mümkünlüyü barədə danışacaq, Azərbaycanla gələcək əməkdaşlığın perspektivləri müzakirə olunacaq", - Əliyev deyib.

Qeyd edək ki, səfər çərçivəsində iyunun 19-da Azərbaycan-Rusiya biznes forumu keçiriləcək.

Xəbər lenti

Xəbər lenti