...

2014-cü ilin avqustunadək İƏT-ə Azərbaycan sədrlik edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyul 2012 13:50 (UTC +04:00)
Avqustdan etibarən İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) sədrlik üç il müddətinə Əfqanıstandan Azərbaycana keçir.
2014-cü ilin avqustunadək İƏT-ə Azərbaycan sədrlik edəcək

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir İ.Xəlilov/

Avqustdan etibarən İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) sədrlik üç il müddətinə Əfqanıstandan Azərbaycana keçir. Bu barədə Trend-ə cümə axşamı ölkə hökumətindən məlumat verilib.

"Bununla əlaqədar İƏT-in baş katibi postuna Şamil Ələsgərov seçilib. O, avqustun 13-dən Yəhya Mərufini bu postda əvəz edəcək", - mənbə deyib.

Bundan əvvəl Şamil Ələsgərov İƏT-in baş katibinin müavini postunda, BMT-də və digər təşkilatlarda çalışıb.

Bu ilin oktyabrında Bakıda İƏT sammitinin keçirilməsi planlaşdırılır.

Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Özbəkistan, Tacikistan, Türkiyə və Türkmənistanın üzv olduğu təşkilatın IX sammiti 2006-cı ilin mayında Bakıda keçirilib.

Azərbaycanın İƏT ölkələri ilə mal dövriyyəsi 2011-ci ildə 37,8 faiz artıb.

Xəbər lenti

Xəbər lenti