...

«Azərikimya»nın energetikləri Etilen-polietilen zavodunun elektrik avadanlıqlarında vakuum açarlarının geniş tətbiqinə başlayıblar (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Avqust 2012 10:52 (UTC +04:00)

Bu gün - avqustun 16-da "Azərikimya" İstehsalat Birliyinin energetikləri "Polimir-120" kompleksinin 12-ci sexində 25 ildən artıq istismarda olmuş 6 kilovoltluq yağ aça­rının müa­sir tipli vakuum açarı ilə əvəz edilməsini təmin edərək, bu sahədə aparıla­caq yeniləşmə işlə­rinə start vermişlər. Birliyin daxili texniki imkanları hesabına quraşdı­rılmış ilk vakuum açarı sistemə qoşularaq, sınaqdan uğurla çıxmışdır. Mühafizə sisteminin də etibarlı olduğu yoxlanılmış yeni vakuum açarı istismara tam hazır vəziyyətə gətirilmişdir.

Etilen-polietilen zavodunun "EP-300" və "Polimir-120" istehsalatlarının yarımstan­si­yalarda tətbiq olunması nəzərdə tutulan 26 ədəd vakuum açarı texniki xarakteristikalar əsas götürülməklə müəssisədə əsaslı təmir işlərinə başlanılması ərəfəsində Birliyin energetiklərinin səyi ilə tam komplektləşdirilmişdir ki, bu da onların texnoloji proseslərə mane olma­dan və qüsursuz, keyfiyyətlə quraşdırılmasına əlverişli imkan yaratmışdır.

Birliyin əsas müəssisəsi olan Etilen-polietilen zavodunun elektrik şəbəkəsində vakuum tipli açarların tətbiqi əvvəllər - yağ açarlarından istifadə olunduğu dövrlərdə onların vaxtaşırı sıra­dan çıxması, vurulub-açılması üzündən baş verən boşdayanmaların, bu səbəbdən isə yol verilən məhsul itkisinin qarşısının maksimum alınmasında, texnoloji avadanlıqların fasilə­siz istismarının təmin olunmasında mühüm rol oynayacaqdır.

Xəbər lenti

Xəbər lenti