...

Azərbaycanda unun qiymətinin qalxması çörəyin bahalaşmasına səbəb olmayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Avqust 2012 15:07 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin keçirdiyi son monitorinqlər zamanı ölkə ərazisində buğda ununun qiymətlərində cüzi artım qeydə alınıb.
Azərbaycanda unun qiymətinin qalxması çörəyin bahalaşmasına səbəb olmayıb

Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir A.Axundov/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin keçirdiyi son monitorinqlər zamanı ölkə ərazisində buğda ununun qiymətlərində cüzi artım qeydə alınıb. Bu barədə çərşənbə axşamı Trend-ə nazirlikdən məlumat verilib.

"Unun qiymətlərində kiçik artım son vaxtlar dünya bazarlarında buğdanın bahalaşması ilə bağlıdır", - nazirlikdən deyiblər.

Bununla yanaşı, monitorinqlər zamanı çörək istehsalı müəssisələri və pərakəndə ticarət obyektlərində çörəyin qiymətlərində artım aşkar olunmayıb.

Dövlət Xidməti un və çörəyin qiymətləri ilə bağlı monitorinqləri davam etdirir.

Xəbər lenti

Xəbər lenti