...

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri bahalaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Oktyabr 2012 13:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 oktyabr /Trend/

Sentyabr ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,7 faiz, o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 5,2 faiz bahalaşıb. Bu barədə cümə axşamı Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Çoxillik bitkilərin istehsalçı qiymətləri 1,9 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,4 faiz ucuzlaşıb.

Birillik bitkilərdən kartofun istehsalçı qiymətləri 1,4 faiz, baş soğanın 0,9 faiz, kələmin 1,3 faiz, göyərtilərin 0,4 faiz, çuğundurun 24,3 faiz, yerkökünün 9,9 faiz, balqabağın istehsalçı qiymətləri 0,8 faiz ucuzlaşıb, buğdanın istehsalçı qiymətləri 6,7 faiz, arpanın 8,5 faiz, yaşıl lobyanın 2,1 faiz, xiyarın 41,8 faiz, pomidorun 0,9 faiz, badımcanın 47,3 faiz, bibərin 21,8 faiz, qarpızın 6,6 faiz, yemişin 14,0 faiz, baş sarımsağın 3,2 faiz, yoncanın 4,1 faiz, quru otun istehsalçı qiymətləri isə 0,9 faiz bahalaşıb.

Çoxillik bitkilərdən fındığın istehsalçı qiymətləri 3,6 faiz bahalaşıb, üzümün istehsalçı qiymətləri 6,3 faiz, almanın 4,0 faiz, armudun 3,9 faiz, gavalı və göyəmin 0,3 faiz, limonun 1,8 faiz, zoğalın 10,2 faiz, moruq və böyürtkənin 0,1 faiz, qozun istehsalçı qiymətləri isə 1,6 faiz ucuzlaşıb.

Diri heyvanlar və heyvandarlıq məhsullarından inəyin istehsalçı qiymətləri 1,0 faiz, mal ətinin (diri çəkidə) 0,1 faiz, diri qoyun və keçilərin 6,3 faiz, yumurtanın istehsalçı qiymətləri 16,3 faiz ucuzlaşıb. Bu ucuzlaşma ilə yanaşı ay ərzində qoyun, donuz və quş ətinin (diri çəkidə) istehsalçı qiymətləri müvafiq olaraq 0,1 faiz, 7,5 faiz və 7,6 faiz, südün 4,0 faiz, hind toyuğunun istehsalçı qiymətləri isə 12,1 faiz bahalaşıb.

Balıq və sair balıqçılıq məhsullarından diri balığın istehsalçı qiymətlərində 0,4 faiz ucuzlaşma müşahidə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti