...

Kürdəmirdə sahibkarlar üçün treninq keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Oktyabr 2012 16:13 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi (BBTM) sahibkarların maarifləndirilməsi məqsədilə müxtəlif mövzularda treninqlərini davam etdirir. Növbəti belə maarifləndirmə tədbiri cümə günü Bakı Biznes Tədris Mərkəzinin Göyçay və Yevlax nümayəndəliklərinin təşkilatçılığı, Kürdəmir rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Öz biznes ideyanı yarat və öz biznesinə başla" və "Biznes planların və investisiya layihələrinin hazırlanması" mövzularında Kürdəmir rayonunda keçirilib.
Kürdəmirdə sahibkarlar üçün treninq keçirilib

Azərbaycan, Bakı, 12 oktyabr /Trend/

İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi (BBTM) sahibkarların maarifləndirilməsi məqsədilə müxtəlif mövzularda treninqlərini davam etdirir. Növbəti belə maarifləndirmə tədbiri cümə günü Bakı Biznes Tədris Mərkəzinin Göyçay və Yevlax nümayəndəliklərinin təşkilatçılığı, Kürdəmir rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Öz biznes ideyanı yarat və öz biznesinə başla" və "Biznes planların və investisiya layihələrinin hazırlanması" mövzularında Kürdəmir rayonunda keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, treninqlərdə iştirakçılara biznes ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, SWOT təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, maliyyə planlarının hazırlanması və s. barədə ətraflı məlumat verilib, "Biznes planların və investisiya layihələrinin hazırlanması" mövzusunda təqdimat keçirilib.

Tədbirdə həmçinin, İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar və s. barədə məlumat da iştirakçıların diqqətinə çatdırılıb.

Treninqlər çərçivəsində sahibkarlara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış tədris-metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti