...

2013-cü ildə Azərbaycanda əmək pensiyasının baza hissəsi 20 faizədək artacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Oktyabr 2012 18:14 (UTC +04:00)
Azərbaycanda hazırda 85 manat olan əmək pensiyasının baza hissəsi 2013-cü ildə 15-20 faiz artırıla bilər. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib.
2013-cü ildə Azərbaycanda əmək pensiyasının baza hissəsi 20 faizədək artacaq

Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir A.Axundov/

Azərbaycanda hazırda 85 manat olan əmək pensiyasının baza hissəsi 2013-cü ildə 15-20 faiz artırıla bilər. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib.

"Hazırda bütün addımlar işçiləri icbari dövlət sosial sığortasına cəlb etməyə və əməkhaqqının leqallaşdırılmasına yönəlib. Bu istiqamətdə addımlar 2013-cü ildə sosial sığorta üzrə yığımların məbləğini 150 milyon manat və ya 10 faiz artırmağa imkan verəcək", - Müslümov qeyd edib.

Onun sözlərinə görə, belə artım sayəsində pensiyanın baza hissəsinin artımını və sığorta hissəsinin indeksləşdirilməsini təmin etmək mümkün olacaq.

"Sosial sığorta üzrə yığımlar yaxşı templə artır və bu artım templəri saxlanılacaq. Pensiyanın baza hissəsinin artırılması məqsədilə ölkə rəhbərliyinə müraciət etməyə imkan verəcək kifayət qədər maliyyə resursları yaradılacaq", - DSMF sədri qeyd edib.

Onun sözlərinə görə, baza hissənin artırılması və əməkhaqqının gözlənilən artımı sayəsində gələn il, həmçinin Fondun ödədiyi sosial müavinətlər yüksələcək.

Proqnozlara əsasən, gələn il dövlət büdcəsindən transfertlər 33 milyon artaraq 1,077 milyard manat səviyyəsinə çatacaq.

"Bu, kiçik artımdır, buna görə də Fondun gəlirlərində dövlət büdcəsindən transfertlərin xüsusi çəkisi 42 faizdən 40 faizədək azalacaq. Bu, sosial sığorta üzrə ödənişlərin yığımının artması sayəsində mümkün olub", - Müslümov vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti