...

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Noyabr 2012 19:09 (UTC +04:00)
Oktyabr ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 3,6 faiz, o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 7,5 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 1,9 faiz bahalaşıb, çoxillik bitkilərin istehsalçı qiymətləri isə 2,4 faiz ucuzlaşıb.
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri artıb

Azərbaycan, Bakı, 6 noyabr /Trend/

Oktyabr ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 3,6 faiz, o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 7,5 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 1,9 faiz bahalaşıb, çoxillik bitkilərin istehsalçı qiymətləri isə 2,4 faiz ucuzlaşıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, birillik bitkilərdən yaşıl lobyanın istehsalçı qiymətləri 4,1 faiz, qarğıdalının 5,4 faiz, kələmin 7,1 faiz, göyərtilərin 2,7 faiz, çuğundurun 2,3 faiz, balqabağın istehsalçı qiymətləri 2,7 faiz ucuzlaşıb, buğdanın istehsalçı qiymətləri 3,0 faiz, günəbaxan toxumunun 1,6 faiz, kartofun 0,5 faiz, yerkökünün 38,5 faiz, pomidorun 4,0 faiz, badımcanın 31,8 faiz, bibərin 21,4 faiz, baş soğanın 0,8 faiz, baş sarımsağın 1,5 faiz, yoncanın istehsalçı qiymətləri isə 5,7 faiz bahalaşıb.

Çoxillik bitkilərdən üzümün istehsalçı qiymətləri 4,2 faiz, almanın 0,2 faiz, armudun 1,2 faiz, fındığın istehsalçı qiymətləri 2,1 faiz bahalaşıb, narın istehsalçı qiymətləri 12,8 faiz, limonun 1,9 faiz, zoğalın 0,8 faiz, şabalıdın 2,1 faiz, qozun istehsalçı qiymətləri isə 0,8 faiz ucuzlaşıb.

Diri heyvanlar və heyvandarlıq məhsullarından diri ev quşlarının istehsalçı qiymətləri 0,2 faiz, quş ətinin (diri çəkidə) istehsalçı qiymətləri isə 1,5 faiz ucuzlaşıb. Bu ucuzlaşma ilə yanaşı, ay ərzində inəyin istehsalçı qiymətləri 1,1 faiz, camışın 0,7 faiz, diri qoyun və keçilərin 5,2 faiz, qoyun, donuz və mal ətinin (diri çəkidə) müvafiq olaraq 0,2 faiz, 13,5 faiz və 0,4 faiz, südün 0,3 faiz, yumurtanın istehsalçı qiymətləri isə 19,3 faiz bahalaşıb.

Ay ərzində meşə təsərrüfatı məhsullarından yanacaq oduncağının istehsalçı qiymətlərində 1,3 faiz, balıq və sair balıqçılıq məhsullarından isə diri balığın istehsalçı qiymətlərində 6,9 faiz bahalaşma müşahidə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti