...

Azərbaycan Mərkəzi Bankı: Kredit faizlərinin azaldılması bazar metodları ilə aparılmalıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Noyabr 2012 12:49 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı (AMB) kreditlər üzrə faiz dərəcələrinin banklar tərəfindən istisnasız olaraq bazar metodları ilə azaldılmasına təsir üzrə cəhdlərə təşəbbüs göstərəcək.
Azərbaycan Mərkəzi Bankı: Kredit faizlərinin azaldılması bazar metodları ilə aparılmalıdır

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir A.Axundov /

Azərbaycan Mərkəzi Bankı (AMB) kreditlər üzrə faiz dərəcələrinin banklar tərəfindən istisnasız olaraq bazar metodları ilə azaldılmasına təsir üzrə cəhdlərə təşəbbüs göstərəcək. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə AMB-nin baş direktoru Rəşad Orucov bildirib.

"Biz faiz dərəcələrinin azalmasını dəstəkləyirik. İstehlakçı kimi mən də kreditləri aşağı faizlər üzrə götürmək istəyərdim, ancaq obyektiv səbəblərdən bu, mümkün deyil. Bütün sistemdə kreditlər üzrə orta faiz dərəcəsi illik 15 faiz təşkil edir, amma müxtəlif risklərlə müxtəlif məhsullar var, buna görə onlar üçün faiz dərəcələri 25-36 faiz civarında tərəddüd edir ki, bu da tamamilə normaldır", - Orucov deyib.

Onun sözlərinə görə, orta faiz dərəcəsi təkcə son bir il ərzində bir faiz bəndi azalıb.

"Bu, yaxşı irəliləyişdir və əgər nəzərə alsaq ki, depozitlər üzrə orta faiz dərəcəsi 10,1 faiz təşkil edir, onda krediti idarə etmək üçün bankların xərclərinin ödənildiyi marja 4,9 faizdə qalır", - Mərkəzi Bankın baş direktoru deyib.

Banklar bu vəsaitlərdən sadə mənfəət gəlir marjasını saxlamaqla risklərin yerini doldurmalıdırlar.

"Bu halda biz kredit dərəcələrini necə azalda bilərik? Onda biz öhdəliklərin dəyərini azaltmalıyıq. Əgər banklarımızın mənfəət marjasına nəzər salsaq, görərik ki, bu, ən yüksək marja deyil və hesab edirəm ki, o, orta səviyyədədir", - Orucov bildirib.

Bununla birlikdə, MB rəsmisi faizlərin azaldılması trendini müsbət hadisə hesab edir.

"Burada hər hansı qeyri-bazar müdaxilələri olmamalıdır. Payları bazar metodları ilə aşağı salmağa çalışmaq lazımdır", - Orucov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti