...

BVF Azərbaycanda iqtisadi sabitliyin saxlanılması üçün həyata keçirilən tədbirləri dəstəkləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Noyabr 2012 17:01 (UTC +04:00)
Azərbaycanın maliyyə naziri Samir Şərifov Bakıda səfərdə olan Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq və Orta Asiya ölkələri Departamentinin direktoru Masud Əhmədin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
BVF Azərbaycanda iqtisadi sabitliyin saxlanılması üçün həyata keçirilən tədbirləri dəstəkləyir

Azərbaycan, Bakı, 15 noyabr /Trend/

Azərbaycanın maliyyə naziri Samir Şərifov Bakıda səfərdə olan Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq və Orta Asiya ölkələri Departamentinin direktoru Masud Əhmədin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Maliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan iqtisadiyyatının perspektivləri, ölkənin iqtisadi siyasətindəki prioritetləri, qeyri-neft sektorunun inkişafı, həmçinin BVF-in Azərbaycan hökumətinə göstərəcəyi texniki yardımın istiqamətləri barədə müzakirələr aparılıb.

Azərbaycan hökuməti ilə BVF arasında çox səmərəli və işgüzar əlaqələrin mövcud olduğunu məmnunluqla qeyd edən Əhməd ölkədə iqtisadi sabitliyin qorunub saxlanılması və inkişafın təmin olunması üçün həyata keçirilən tədbirlərin Fond tərəfindən dəstəkləndiyini vurğulayıb.

Tərəflər Azərbaycanla BVF arasında IV maddə üzrə məsləhətləşmələr çərçivəsində səmərəli dialoqun davam etdirilməsi, eyni zamanda, ölkənin prioritetləri ilə bağlı konkret sahələr üzrə orta və uzunmüddətli texniki yardımın göstərilməsi, iqtisadi inkişafın perspektivlərinin qiymətləndirilməsi və digər məsələlərlə bağlı da məsləhətləşmələr aparıblar.

Qeyd edək ki, bu, BVF-in Yaxın Şərq və Mərkəzi Asiya ölkələri Departamentinin rəhbəri Masud Əhmədin Azərbaycana ilk səfəridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti