...

BVF Azərbaycana dünya iqtisadiyyatında potensial əlverişsiz şəraitə hazırlaşmağı tövsiyə edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Noyabr 2012 19:46 (UTC +04:00)
Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycan hökumətinə dünya iqtisadiyyatında birja məhsullarına ümumi tələbatın azalmasına və neftin qiymətinin aşağı düşməsinə səbəb ola biləcək potensial əlverişsiz şəraitə hazırlaşmağı tövsiyə edib.
BVF Azərbaycana dünya iqtisadiyyatında potensial əlverişsiz şəraitə hazırlaşmağı tövsiyə edib

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir A.Axundov/

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycan hökumətinə dünya iqtisadiyyatında birja məhsullarına ümumi tələbatın azalmasına və neftin qiymətinin aşağı düşməsinə səbəb ola biləcək potensial əlverişsiz şəraitə hazırlaşmağı tövsiyə edib.

Trend-in məlumatına görə, bu barədə cümə axşamı Bakıda keçirilən mətbuat konfransında BVF-in Yaxın Şərq və Mərkəzi Asiya ölkələri Departamentinin direktoru Masud Əhməd deyib.

BVF bunu iqtisadi siyasətin aparılması üçün ehtiyatların möhkəmləndirilməsinin köməyi və neft gəlirləri hesabına maliyyələşdirilən daxili xərclərə qarşı ehtiyatlı yanaşma ilə etməyi tövsiyə edir.

Bu məsələlər BVF nümayəndəsinin bu gün Azərbaycan Prezidenti İlham Əliyev, Baş nazir Artur Rasizadə, maliyyə naziri Samir Şərifov və Azərbaycan Mərkəzi Bankının idarə heyəti sədrinin müavinləri Xaqani Abdullayev və Aftandil Babayevlə keçirdiyi görüşlərdə nəzərdən keçirilib.

Bu görüşlərdə dünya və regional iqtisadiyyatın vəziyyəti, habelə Azərbaycan iqtisadiyyatının inkişaf perspektivlərinə nəzər salınıb.

"Mən bazarları formalaşmaqda olan və inkişaf edən ölkələrin iqtisadiyyatına mənfi təsir edə biləcək risklərin mövcudluğu ilə dünya iqtisadiyyatının aşağı və qeyri-bərabər templərlə bərpasını qeyd etdim. Bu kontekstdə Azərbaycan 2009-cu ildəki böhranın öhdəsindən yaxşı gələ bildi, çünki neftin qiymətinin yüksək həddə çatması zamanı gəlirlərin xeyli hissəsinin şəffaf əsasda saxlanılması üzrə dövlət siyasəti böhranın fəsadlarının yumşaldılması üçün toplanmış vəsaitin müəyyən hissəsindən istifadə etməyə imkan verdi. Hazırda Azərbaycan və neft ixrac edən digər ölkələr üçün neftin qiymətinin yüksək olması əlverişlidir", - Əhməd qeyd edib.

Onun sözlərinə görə, tərəflər Azərbaycanın dinamik, şaxələndirilmiş iqtisadiyyatı, formalaşan bazarları, bu statusa keçidi sürətləndirmək üçün neft zənginliyinin təqdim etdiyi imkanları olan ölkəyə çevrilməsi potensialı haqqında yekdil fikrə gəliblər.

"Bu məqsədlə iqtisadi siyasət məsələləri müzakirə edilərkən biz diqqəti neftdən asılılığın azaldılması, yeni iş yerləri açmaq və artımı geniş əsasda dəstəkləmək qabiliyyətində olan rəqabətədavamlı qeyri-neft sektorunun inkişafına yardım üzrə ölkə qarşısında dayanan aktual tapşırıqlara yönəltdik. Mən qeyd etdim ki, bu tapşırıqların həll edilməsi üçün davamlı iqtisadi institutların möhkəmləndirilməsinə, insan kapitalının inkişafına və istehsalat infrastrukturuna, idarəetmə islahatlarının irəliləyişinə, sahibkarlıq fəaliyyətinin aparılması şərtlərinə və maliyyə sektoruna yönəldilmiş ardıcıl səylər tələb olunur", - Əhməd deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti