...

Argentina Azərbaycana üçüncü ölkələrin bazarlarında birgə iştirak etməyi təklif edir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Noyabr 2012 13:46 (UTC +04:00)
Argentina və Azərbaycan hər iki ölkədə kənd təsərrüfatının birgə inkişafında maraqlıdırlar.
Argentina Azərbaycana üçüncü ölkələrin bazarlarında birgə iştirak etməyi təklif edir (FOTO)

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir C.Nəsibova/

Argentina və Azərbaycan hər iki ölkədə kənd təsərrüfatının birgə inkişafında maraqlıdırlar. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Bakıda jurnalistlərə Argentinanın kənd təsərrüfatı, heyvandarlıq və balıqçılıq naziri Norberto Yauxar deyib.

Onun sözlərinə görə, Argentina ilk növbədə heyvandarlıq, xüsusən yüksəkməhsuldarlı mal-qaranın yetişdirilməsi sahəsində əməkdaşlığın inkişafında maraqlıdır. Həmçinin daha keyfiyyətli məhsulun becərilməsi üçün yeni texnologiyların tətbiqi nəzərə alınmaqla bitkiçilik sahəsində əməkdaşlığa maraq var.

"Argentina son illər müasir texnologiyaların köməyi ilə kənd təsərrüfatının inkişafında yaxşı nəticələr əldə edib və biz bu təcrübəmizi Azərbaycanla bölüşməyə görə şadıq. Əməkdaşlıq çərçivəsində 2020-ci ilədək yaxşı nəticələr əldə edə bilərik" , - nazir qeyd edib.

Yaxuar bildirib ki, bu sahədə əməkdaşlıqda Azərbaycan və Argentina üçüncü ölkələrin bazarlarına birgə çıxa bilərlər.

"Əməkdaşlığın yeni inkişaf mərhələsinə çıxmaq üçün yaxın vaxtlarda iki ölkənin ekspertlərinin qarşılıqlı səfərlərinin təşkil edilməsi lazımdır. Məqsəd hər iki ölkədəki kənd təsərrüfatının vəziyyəti ilə tanış olmaqdır" , - o bildirib.

"Azərbaycan və Argentina arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq inkişaf etməlidir və ölkələr bu istiqamətdə birgə işləməlidirlər", - bunu Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov jurnalistlərə deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti