...

Azərbaycan sığortaçısı istehsalatda 20 bədbəxt hadisəyə görə kompensasiya ödəyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Noyabr 2012 11:22 (UTC +04:00)
Azərbaycan sığortaçısı istehsalatda 20 bədbəxt hadisəyə görə kompensasiya ödəyib
Azərbaycan sığortaçısı istehsalatda 20 bədbəxt hadisəyə görə kompensasiya ödəyib

Azərbaycan, Bakı, 29 noyabr /Trend/

"Atəşgah" sığorta qrupunun tərkibinə daxil olan "Atəşgah Həyat" sığorta şirkəti "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanunun qüvvəyə mindiyi vaxtdan 20-dən çox hadisəyə görə ödəmələr həyata keçirib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı şirkətin yaydığı xəbərdə deyilir.

"Onlardan 6-sı əlilliyə, istehsalatda ölümlə nəticələnən faktlara aiddir", - şirkətdən bildirilib.

Nəticədə "Atəşgah Həyat" SŞ-nin istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə ödəmələrinin ümumi məbləği bir milyon manata çatır.

Hazırda şirkət istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə 30-dan çox müraciətə baxır.

İstehsalatda peşə xəstəlikləri və bədbəxt hadisələr nəticəsində peşə əmək qabiliyyətinin itirilməsindən icbari həyat sığortası ilə yanaşı "Atəşgah Həyat" SŞ təcili həyat sığortası, yığım həyat sığortası, kredit həyat sığortası, ağır xəstəliklərdən sığorta və digər növlər üzrə həyat sığortası xidmətləri göstərir.

"Atəşgah" SŞ 1996-cı ilin sonlarında təsis olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti