...

Azərbaycan milli və beynəlxalq statistik məlumatların unifikasiyası üçün tədbirlər görür

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Noyabr 2012 16:12 (UTC +04:00)
Azərbaycan Dövlət Statistika Komitəsi dövlət və beynəlxalq mənbələrin məlumat bazalarında çoxsaylı uyğunsuzluqlara görə statistik məlumatların müqayisəli analizinə və yoxlanılmasına başlayıb.
Azərbaycan milli və beynəlxalq statistik məlumatların unifikasiyası üçün tədbirlər görür

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir C.Nəsibova/

Azərbaycan Dövlət Statistika Komitəsi dövlət və beynəlxalq mənbələrin məlumat bazalarında çoxsaylı uyğunsuzluqlara görə statistik məlumatların müqayisəli analizinə və yoxlanılmasına başlayıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Dövlət Statistika Komitəsinin rəsmi saytında yayılan məlumatda deyilir.

Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyevin əmrinə əsasən, hər bölmə hər il müəyyən sahədə çalışan beynəlxalq təşkilata monitorinqin keçirilməsi və təşkilatın və onun Azərbaycandakı nümayəndəliyinin məlumatları arasındakı uyğunsuzluqların nizama salınması məqsədilə müraciət edəcək.

"Azərbaycanla əməkdaşlıq edən beynəlxalq təşkilatların və Dövlət Statistika Komitəsinin statistika üzrə informasiyalarının uyğunsuzluğu faktı bir sıra səbəblərə görə kifayət qədər tez-tez qeydə alınır", - əmrdə qeyd edilir.

Beynəlxalq səviyyədə əməkdaşlıq rəsmi statistikanın on fundamental prinsipindən biridir və milli statistika orqanlarının rəhbərləri üçün beynəlxalq təşkilatlar tərəfindən seminarların keçirilməsi məsələnin həllində əhəmiyyətli rolu oynayardı.

Böyük beynəlxalq təşkilatların vahid məlumat bazasının yaradılması, həmçinin milli və beynəlxalq statistik məlumatların uyğunsuzluğu probleminin həllinə yardım edərdi. Lakin belə bazanın yaradılması yaxın gələcəkdə problematikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti