...

DəmirBank-ın Lənkəran filialı yeni ünvana köçürülüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Dekabr 2012 15:54 (UTC +04:00)
Son iki ildə 10 filialını yeni ofislərə köçürən "DəmirBank" Lənkəran filialını da korporativ standartlara uyğun təmir edilmiş daha rahat və geniş ofisə köçürüb.
DəmirBank-ın Lənkəran filialı yeni ünvana köçürülüb

Azərbaycan, Bakı, 5 dekabr /Trend/

Son iki ildə 10 filialını yeni ofislərə köçürən "DəmirBank" Lənkəran filialını da korporativ standartlara uyğun təmir edilmiş daha rahat və geniş ofisə köçürüb.

Bankdan Trend-ə verilən məlumata görə, Lənkəran şəhəri, Səttərxan küçəsi, 27 ünvanında ("AB Qala" hotelinin yaxınlığında) yerləşən Lənkəran filialı fiziki və hüquqi şəxslərə geniş çeşiddə bank xidmətləri göstərir.

Filial müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ istehlak və biznes kreditləri, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və s. bank xidmətləri təklif edir.

"2010-cu ildə bankda hazırlanmış və təsdiq edilmiş "Filial ofislərinə tələblər"ə və "Filial ofislərinin korporativ interyer dizayn standartları"na uyğun olaraq, DəmirBank bir çox işlər həyata keçirir. Son 2 ildə DəmirBank 10 filialını yeni ofislərə köçürüb və daha 2-3 filialın köçürülməsi nəzərdə tutulur. Bankın yeni filiallarında vahid korporativ interyer dizayn standartları tətbiq edilib və bu proses hazırda davam edir", - bankın İdarə heyəti Sədrinin müavini Yusif Cabbarov bildirib.

Hazırda DəmirBank-ın 31 filialı fəaliyyət göstərir. Onlardan 13-ü paytaxt Bakı şəhərində, 18-i isə Gəncə, Sumqayıt, Şəki, Zaqatala, Yevlax, Bərdə, Qazax, Şəmkir, Quba, Qusar, Göyçay, Ağdaş, Ağsu, Şamaxı, Lənkəran, Masallı, Sabirabad və İmişli şəhərlərində yerləşir.

Ölkənin ilk banklarından olan "DəmirBank" 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Niderland İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti