...

"Xalq Bank" Bakıda iki filial açdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Dekabr 2012 15:38 (UTC +04:00)
Bu gündən etibarən "Xalq Bank"ın Bakı şəhərində "Sahil" və "20 Yanvar" filialları fəaliyyətə başlayıb.
"Xalq Bank" Bakıda iki filial açdı

Azərbaycan, Bakı, 10 dekabr /Trend/

Bu gündən etibarən "Xalq Bank"ın Bakı şəhərində "Sahil" və "20 Yanvar" filialları fəaliyyətə başlayıb.

Bankdan Trend-ə verilən məlumata görə, bu iki filialın açılışı ilə bankın filiallarının sayı 21 olub. Yeni filiallar əhaliyə və paytaxtda fəaliyyət göstərən müəssisələrə əmanətlər, müxtəlif növ kreditlər, valyuta-mübadilə, plastik kartlar, hesablaşma-kassa və təcili pul köçürmələri üzrə əməliyyatlar da daxil olmaqla tam spektr bank xidmətlərindən yararlanmaq imkanı verir.

Bununla da "Xalq Bank" cari ildə müştərilərinin istifadəsinə verdiyi filialların sayını üçə çatdırıb.

Yeni filialların ünvanı: "Sahil" filialı - Bakı şəh., Xaqani küç., 23. Telefon: (012) 493 35 84; Faks: (012) 493 35 94.

"20 Yanvar" filialı - Bakı şəh., Moskva pr., 67. Telefon: (012) 431 43 09; Faks: (012) 431 44 57.

Qeyd edək ki, hazırda ölkədə "Xalq Bank"ın 6-sı Bakıda olmaqla 21 filialı və 1 şöbəsi fəaliyyət göstərir. Bütün ölkəni əhatə edən filial şəbəkəsinin qurulması bankın inkişaf strategiyasının prioritet istiqamətlərindən biridir. Növbəti illərdə bank filial şəbəkəsinin genişləndirilməsi sahəsində fəaliyyətini davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti