...

Azərbaycanın qeyri-neft ÜDM-i 10 faizə yaxın artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Dekabr 2012 14:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir C.Nəsibova/

2012-ci ilin 11 ayında ölkədə 48,2 milyard manatlıq və ya əvvəlki ildəkindən 1,2 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib, onun hər nəfərə həcmi 5253,9 manat (6686,8 dollar) olub. Bu barədə Trend-ə cümə axşamı Dövlət Statistika Komitəsindən məlumat verilib.

İqtisadiyyatın qeyri-neft sahələrində yaradılmış əlavə dəyərin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,7 faiz artaraq 24,7 milyard manat təşkil edib, neft-qaz sektorunda isə 6,5 faiz azalıb.

ÜDM-in 50,5 faizi sənayedə, 9,9 faizi tikintidə, 5,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 6,7 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 4,8 faizi nəqliyyat və anbar təsərrüfatında, 1,8 faizi informasiya və rabitə xidmətlərində, 1,5 faizi turistlərin yerləşdirilməsi və iaşə xidmətləri sahəsində, 12,7 faizi isə sosial və digər xidmət sahələrində istehsal edilib.

Bu dövrdə tikintidə əlavə dəyər real ifadədə 23,1 faiz, informasiya və rabitə xidmətlərində 16,8 faiz, turistlərin yerləşdirilməsi və iaşə xidmətləri sahəsində 15,7 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 9,4 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 5,7 faiz, nəqliyyat və anbar təsərrüfatında isə 2,5 faiz, sosial və digər xidmətlər sahəsində 3,3 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti