ZT Trading MMC yeni logo və internet səhifəsini ZETA brendi ilə açdı. Hüquqi adı ZT Trading MMC olan şirkət, ZETA əmtəə nişanı ilə fəaliyyət göstərəcək.
Məlumat üçün qeyd edək ki, 2012-ci ilin əvvəlindən fəaliyyətə başlamasına baxmayaraq, inkişafı və brendlərin portfeli ilə diqqəti cəlb edən ZETA qısa müddət ərzində ölkəmizin dağıtım sahəsində aparıcı şirkətlərdən birinə çevrilmişdir.
Şirkət əsasən dünyada məhşur olan müxtəlif çeşidli premium markaların məhsullarını, o cümlədən ekoloji təmiz qida məhsullarını, kosmetik vasitələri, uşaqlar üçün oyuncaq və digər ləvazimatları idxal edərək ölkə bazarında dağıtımını təşkil edir. Artıq bütün aparıcı supermarket şəbəkələri, iri alış-veriş mərkəzləri, beşulduzlu otellər, restoran, kafe və digər ticarət- obyektləri ZETA şirkətinin müştəriləridir. Bundan başqa uşaq mağazaları, gözəllik salonları, apteklər də şirkətin idxal etdiyi məhsulların alıcıları sırasındadır.
Dünyanın məhşur geyim brendlərini, restoran və kafe şəbəkələrini ölkəmizdə təmsil etmək şirkətin yaxın gələcəkdəki fəaliyyət istiqamətlərindən biridir.
Şirkət haqqında daha ətraflı məlumatı onun yeni müasir dizaynlı və çox rahat quruluşlu www.zeta.az internet səhifəsindən əldə edə bilərsiniz.