...

Özbəkistan Azərbaycan sahibkarlarını sənaye istehsalı sahəsində əməkdaşlığa dəvət edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Yanvar 2013 18:26 (UTC +04:00)
Özbəkistanın Fərqanə vilayətinin sahibkarları Azərbaycan müəssisə və şirkətlərini əməkdaşlığa dəvət edir. Bu barədə Trend çərşənbə günü Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin saytına istinadən məlumat verir.
Özbəkistan Azərbaycan sahibkarlarını sənaye istehsalı sahəsində əməkdaşlığa dəvət edir

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir A.Axundov/

Özbəkistanın Fərqanə vilayətinin sahibkarları Azərbaycan müəssisə və şirkətlərini əməkdaşlığa dəvət edir. Bu barədə Trend çərşənbə günü Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin saytına istinadən məlumat verir.

Azərbaycan sahibkarları maşınqayırma, yüngül sənaye, istehsalat və kənd təsərrüfatı məhsullarının emalı sahələrində əməkdaşlığa dəvət edilir.

Əməkdaşlıqda maraqlı olan sahibkarlar əlavə məlumat üçün Özbəkistanın Azərbaycandakı səfirliyinə müraciət edə bilərlər. Ünvan: Bakı şəhəri, I Badamdar şosesi, 9-cu döngə, ev 437.

Tel.: (+994 12) 497 25 49; (+994 12) 497 25 52
Faks: (+994 12) 497 25 48
E-mail: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti