Azərbaycan, Bakı, 16 yanvar /Trend/
Azərbaycanın həyat sığortası üzrə ixtisaslaşmış sığorta şirkəti olan "PAŞA Həyat Sığorta" ASC 2012-ci il ərzində 14,697 mln. manata yaxın sığorta haqqı toplayıb ki, bu da 2011-ci ildə əldə olunan yığımların həcmindən 80% və ya 6,512 mln. manat çoxdur.
Şirkətdən Trend-ə verilən məlumata görə, aparılan bazar araşdırması nəticəsində məlum olub ki, "PAŞA Həyat Sığorta" ASC 2012-ci ilin yığımlar üzrə renkinq cədvəlində öz mövqeyini gücləndirərək daha iki pillə - 11-ci pillədən (2011) 9-cu pilləyədək (2012) yüksəlib.
"PAŞA Həyat Sığorta" ASC-nin sığorta şirkətləri sırasında mövqeyinin güclənməsi ilə yanaşı, ötən ildə şirkətin bazar payında da artım müşahidə edilib. Belə ki, 2011-ci illə müqayisədə 2012-ci ildə şirkətin ümumi bazar payı 0,5 faiz bəndi artaraq 4,3%-ə, həyat sığortası bazarındakı payı isə 3,6% faiz bəndi artaraq 40%-dək artıb.
"PAŞA Həyat"ın yığımlarının və bazar payının qeyd olunan dinamik artımını, bir sözlə bütün bunların fonunda şirkətin ön mövqeyə yüksəlməyinin əsas səbəbini şirkətin bazara həyat sığortası ilə bağlı sığorta məhsullarını sərfəli şərtlərlə təqdim etməsi nəticəsində etibarlı və məmnun müştəri bazasının formalaşması ilə izah etmək olar.
Ümumiyyətlə, şirkətin qısa müddət ərzində belə bir nailiyyətlər əldə etməsi, sığorta bazarına yeni iştirakçı kimi qatılan şirkət üçün mühüm göstərici sayıla bilər.
Qeyd edək ki, aparılan araşdırma ölkənin ümumi sığorta bazarını da əhatə edib. Belə ki, 2012-ci ildə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən ümumilikdə 342,519 mln. manatdan çox sığorta haqqı toplanılıb ki, bu da 2011-ci ilin yekun göstəriciləri ilə müqayisədə 62,2% və ya 132,537 mln. manat çox olub.
Araşdırma nəticəsində məlum olub ki, ötən ildə cədvəldə ilk onluqda olan şirkətlərin yığımları və bazar paylarında da ciddi artım müşahidə olunub.
Aşağıdakı cədvəldə ölkədəki sığorta təşkilatlarının daxilolmalar üzrə mütləq göstəriciləri, bazar payları və yığımlar üzrə illik dinamikası barədə məlumat verilir.
Sığortaçılar |
Sığorta haqları (mln. AZN) |
Bazar payı (%) |
Yığımların illik dinamikası (%) |
|
1 |
PAŞA Sığorta |
46,688 |
13,63 |
344,31 |
2 |
AzSığorta |
39,797 |
11,62 |
91,44 |
3 |
Atəşgah |
37,813 |
11,04 |
103,88 |
4 |
Azərsığorta |
34,562 |
10,10 |
32,19 |
5 |
Standard Insurance |
21,314 |
6,22 |
119,21 |
6 |
AXA MBASK |
17,698 |
5,17 |
39,08 |
7 |
Atəşgah Həyat Sığorta |
15,758 |
4,60 |
65,45 |
8 |
Beynəlxalq Sığorta Şirkəti |
14,781 |
4,32 |
19,12 |
9 |
PAŞA Həyat Sığorta |
14,697 |
4,30 |
79,60 |
10 |
A-Group |
13,945 |
4,07 |
72,03 |
11 |
Xalq Sığorta |
12,584 |
3,67 |
43,78 |
12 |
AtaSığorta |
10,641 |
3,11 |
95,57 |
13 |
İpək Yolu Sığorta |
8,556 |
2,50 |
(-60,35) |
14 |
Qarant Sığorta |
8,450 |
2,47 |
4,44 |
15 |
Azərbaycan Sənaye Sığorta |
7,814 |
2,28 |
16,73 |
16 |
Qala Həyat Sığorta |
6,356 |
1,86 |
33,53 |
17 |
Bakı Sığorta |
5,694 |
1,66 |
25,36 |
18 |
Alfa Sığorta |
5,343 |
1,56 |
74,95 |
19 |
Meqa Sığorta |
4,369 |
1,28 |
149,66 |
20 |
Başak İnam |
3,401 |
0,99 |
18,38 |
21 |
Rəvan Sığorta |
3,394 |
0,99 |
64,28 |
22 |
Buta Sığorta |
2,815 |
0,82 |
359,22 |
23 |
Çartis Azərbaycan |
1,833 |
0,54 |
100,00 |
24 |
Azərqarant |
1,714 |
0,50 |
33,70 |
25 |
Əmrah Sığorta |
1,052 |
0,31 |
60,86 |
26 |
Era Trans |
0,917 |
0,27 |
(-49,22) |
27 |
Günay Sığorta |
0,455 |
0,13 |
(-6,19) |
28 |
Royal Sığorta* |
0,081 |
0,02 |
- |
Yekun |
342,519 |
- |
- |