...

Dövlət Statistika Komitəsi: 2013-cü ildə Azərbaycanda inflyasiyanın 3-5 faiz səviyyəsində olacağı gözlənilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Yanvar 2013 12:07 (UTC +04:00)
2013-cü ildə Azərbaycanda inflyasiya 3-5 faiz səviyyəsində proqnozlaşdırılır.
Dövlət Statistika Komitəsi: 2013-cü ildə Azərbaycanda inflyasiyanın 3-5 faiz səviyyəsində olacağı gözlənilir

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir A.Axundov/

2013-cü ildə Azərbaycanda inflyasiya 3-5 faiz səviyyəsində proqnozlaşdırılır. Trend-in məlumatına görə, bu barədə cümə günü Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev ötən ilin yekunlarına həsr edilmiş mətbuat konfransında bəyan edib.

Onun sözlərinə görə, 2011-ci illə müqayisədə 2012-ci ildə istehlak qiymətləri və xidmət tarifləri 1,1 faiz bahalaşıb. O cümlədən ərzaq mallarının qiymətləri 0,8 faiz, qeyri-ərzaq malları 1 faiz, xidmət tarifləri 1,2 faiz bahalaşıb.

"Dekabrda inflyasiya 0,7 faiz təşkil edib. Ərzaq malları 1,3 faiz bahalaşıb, qeyri-ərzaq malları və xidmətlərin qiymətləri isə dəyişməyib", - Vəliyev deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti