...

Azərbaycan İpoteka Fondu kapital bazarından cəlb edilən maliyyələşmənin həcmini artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Yanvar 2013 20:38 (UTC +04:00)
Yanvarın 21-də Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) 5 milyon manat həcmində faizli, sənədsiz, təmin edilmiş, adlı istiqrazlarının yeni emissiyasının üçüncü hissəsinin yerləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək.
Azərbaycan İpoteka Fondu kapital bazarından cəlb edilən maliyyələşmənin həcmini artırır

Azərbaycan, Bakı, 18 yanvar /Trend/

Yanvarın 21-də Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) 5 milyon manat həcmində faizli, sənədsiz, təmin edilmiş, adlı istiqrazlarının yeni emissiyasının üçüncü hissəsinin yerləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. Bu barədə cümə günü Trend-ə BFB-dən məlumat verilib.

İstiqrazlar satışa 100,2 faiz qiyməti ilə çıxarılacaq.

İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat qismində Azərbaycan Mərkəzi Bankı çıxış edir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsilə keçiriləcək.

Ötən ay Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin illik üç faiz dərəcəsi ilə hər bir istiqrazın nominal qiyməti 1000 manat olan 40 milyon manat həcmində qeydə aldğı AİF-in faizli, təmin edilmiş istirqazlarının bu emissiyanın yerləşdirilməsinə (sayca altıncı) dekabrın 28-də başlanıb. İstiqrazlarin ödənmə tarixi 2022-ci il 6 noyabrdır.

Hazırda bu emissiyadan 6 milyon manat həcmində istiqrazlar yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti