...

Ötən il Azərbaycanda buraxılmış kredit kartlarının 60 faizi "Bank of Baku"ya məxsusdur

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Yanvar 2013 18:09 (UTC +04:00)
По данным Центрального банка Азербайджана, количество выпущенных на ноябрь 2012 года кредитных карт в стране возросло на 210 тысяч единиц, составив, в общей сложности, 377 тысяч единиц.
Ötən il Azərbaycanda buraxılmış kredit kartlarının 60 faizi "Bank of Baku"ya məxsusdur

Azərbaycan, Bakı, 21 yanvar /Trend/

Azərbaycan Mərkəzi Bankının açıqladığı məlumata əsasən, 2012-ci ilin noyabr ayının sonuna qədər buraxılmış kredit kartların sayı 210 min ədəddən çox artaraq 377 min ədəd təşkil edib. Həmin müddət ərzində "Bank of Baku" tərəfindən buraxılmış yeni kredit kartlarının sayı (125 413 ədəd) ölkə üzrə artımın 60%-ni təşkil edib.

Bankdan bazar ertəsi Trend-ə verilən məlumata görə, banka məxsus kredit kartlarının əksəriyyətini "Bolkart", loyal müştərilərə verilən "Dostlar Klubu" kartları, "Visa" və "Mastercard" kredit kartları, "Mybrands" və "İdeal kobrend" kredit kart növləri təşkil edir. Məhz bu kredit kartları hazırda vətəndaşlar arasında daha böyük populyarlığa malikdir. Hazırda isə "Bank of Baku"ya cəmini 160 min ədəddən artıq kart məxsusdur.

Xatırladaq ki, bu gün "Bank of Baku"ya aid müxtəlif kartlar vasitəsilə müxtəlif çeşidli mal və xidmətlərdən bəhrələnmək mümkündür. Belə ki, 2011-ci ilin sonu "Bank of Baku" Azərbaycanda ilk dəfə taksit sistemi ilə işləyən "Bolkart" kredit kartını dövriyyəyə buraxdı. Alınan malın dəyərini aylara bölüb hissə-hissə ödəməyə imkan verən "Bolkart"ı bu qısa müddət ərzində artıq 50 minə yaxın şəxs əldə edib və bu rəqəm sürətlə artır. "Bolkart"la ölkəmizin 500-dən çox dükan və ticarət mərkəzlərində alış-veriş etmək mümkündür. Bu kredit kartı ilə tanınmış geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası, mebel mağazalarında, həmçinin restoran və supermarketlərdə alış-veriş etmək olar. Lakin "Bolkart" sahibləri yalnız alış-veriş etməklə kifayətlənmir. Onlar, həmçinin kartlarını vaxtaşırı nağdlaşdırma imkanını əldə edir.

Bir müddət öncə isə "Bank of Baku" hissə-hissə ödəniş layihəsi çərçivəsində "İdeal perfumery&cosmetics" şirkəti ilə birgə "İdeal kobrend" kartını dövriyyəyə buraxdı. Artıq on minlərlə şəxs ən müasir parfümeriya məhsullarını məhz bu kredit kartı ilə əldə edir.

"Bank of Baku"nun digər tərəfdaşı olan "Mybrand's" geyim mağazaları ilə bərəbər isə bir müddət öncə yeni "Hissə-Hissə" kredit kartı təqdim edildi. İndi minlərlə kart sahibi dünya şöhrətli geyim brendlərini alıb 12 aya qədər faizsiz və hissə-hissə ödəmək imkanına malikdir.

Bankın innovativ kart məhsulları sırasına daxil olan ən son yeniliyi isə "Dostlar klubu" layihəsi çərçivəsində verilən imtiyazlı kartlardır. "Bank of Baku" ilə 12 ay və daha çox müddət ərzində əməkdaşlıq edən müştərilərə verilən Gümüş, Qızıl və Brilyant kartlar sayəsində onlar az komissiya haqqı ödəmək, sərfəli faizlə 5000 manata qədər kredit götürmək imkanına, habelə təcili hallar üçün ekspress kredit xəttinə yiyələnirlər. Qısa müddət ərzində bu kartlar 60 min müştəriyə paylanılıb və onlar bu güzəştlərdən bəhrələnirlər.

"Bank of Baku"nun xidmət və məhsulları ilə ətraflı tanış olmaq istəyənlər bankın 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlaya bilərlər. Eyni zamanda, http://www.facebook.com/bankofbaku ünvanlı sosial şəbəkə vasitəsilə istənilən sualı vermək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti